Menu
Geri İrəli

Bakıda iki dost cinsi azlığın nümayəndəsini soydu

Müəllif: sumqayitxeber.com • Tarix: 5 May 2015 • Baxış sayı: 437 dəfə • Şərh yoxdur
Share Button

0c6ccfcd0129e7ec5f3103fbc3fede68Bakıda iki dost müştəri kimi tanış olduqları cinsi azlığın nümayəndəsinə qarşı soyğunçuluq törədib.

Bu barədə məlumat Lent.az-a Nizami Rayon Polis İdarəsindən verilib. Məlumata görə, Ağaverdiyev Elvin Akif oğlu dostu Lətifov Ramin Rafiq oğlu birlikdə avtomobillə hərəkətdə olarkən “Xalqlar dostluğu” metro stansiyasının yaxınlığında cinsi azlığın nümayəndəsi Şahbazov Vüsal Həsənqulu oğlu ilə tanış olublar. Onlar Vüsal Şahbazovu avtomobilə əyləşdirərək, ağaclıq sahəyə aparıblar. Dostlar Vüsal Şahbazova qarşı fiziki güc tətbiq edərək, 430 manat pulunu və iki ədə mobil telefonunu əlindən alıblar.

Vüsal Şahbazov hadisə ilə bağlı Nizami Rayon Polis İdarəsinə şikayət edib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ramin Lətifov isti izlərlə saxlanılıb və məhkəmə qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib. Hadisənin digər iştirakçısı Elvin Ağaverdiyevi isə dərhal saxlamaq mümkün olmayıb. Hadisədən bir gün sonra o Azərbaycan Respublikası ərazisini qatarla tərk etməyə çalışarkən polis əməkdaşları tərəfindən Qusar rayonu ərazisində tutulub. Bu gün onun da barəsində həbs-qətimkan tədbiri seçilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın