Menu
Geri İrəli

Bakıda jurnalist intihara cəhd edib

Müəllif: sumqayitxeber.com • Tarix: 18 May 2015 • Baxış sayı: 494 dəfə • Şərh yoxdur
Share Button

Azərbaycanlı jurnalist intihara cəhd edib. Səbinə Haşımova özünü öldürməyə cəhd göstərib.
91077
ANS PRESS-in məlumatına görə, özünə qəsd edən Səbinə çoxlu həb içib. O, anasının şəkər üçün istifadə etdiyi dərmanları qəbul edib.

Ailə üzvlərinin sayıqlığı nəticəsində qızın həyatını xilas etmək mümkün olub.

Jurnalist hazırda 1 saylı şəhər Kliniki Xəstəxananın toksikolojiya şöbəsindədir. Jurnalist səhər saat 11 radələrində həmin xəstəxanaya aparılıb və mədəsi yuyulub.

Həkimlər bununla zəhərlənmənin qana keçməsinin qarşısını alıblar. Hazırda xanım jurnalistin vəziyyəti yaxşıdır.

İntiharın səbəbi jurnalistin dünən sosial şəbəkədə paylaşdığı müraciəti ilə əlaqələndirmək olar. Özünü öldürmək istəyən jurnalist dünən sosial şəbəkədə KİV-nə müraciət paylaşıb. S.Haşımovanın yazdığına görə, hazırda ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə cinayət işi başlanıb.

O, paylaşdığı statusda qohumu tərəfindən şərləndiyi bildirib: “Bir neçə il bundan əvvəl faizlə 1000 manat pul götürdüb. Daha sonra xəbər tutdum ki, xalam qızının həyat yoldaşı Məmmədov Əli Xəlil oğlu həmin faiz borcumu bağlayıb. Mənə bu hal müəmmalı qaldığı üçün heç vaxt üzünü görmədiyim xalam qızının yoldaşı Əli ilə əlaqə saxladım. O, bu köməyi rəhmətlik atamın vaxtilə onlara çox köməklik etməsi ilə əlaqələndirdi. Daha sonralar işləmədiyimi bildiyi üçün ayrı-ayrı vaxtlarda qohumumuz taksi sürücüsü ilə mənə üç min, oğlu vasitəsi ilə isə min manat göndərib. Beləcə mənə köməyini artırmağa çalışıb. Axır məqamlarda yardımlarını qəbul etmədiyimi görüb əxlaqsız təkliflər etməyə başladı. Məqsədi baş tutmadığından məndən qisas almağa qərar verdi. Polisə şikayət edərək ona 18 min manat borclu olduğumu bildirdi. İndi mənə qarşı cinayət işi açılıb”.

Qeyd edək ki, Həşimova Səbinə İsmayıl qızı 2003 cü ildən Trend Life.az İnformasiya agentliyində, ATV, Lider, Xezer telekanallarında jurnalist olaraq çalışıb.




Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın