Menu
Geri İrəli

Bakıda “Sumqayıt hadisələri haqqında şahidin dedikləri” adlı kitabın təqdimatı olub

Müəllif: sumqayitxeber.com • Tarix: 26 Noyabr 2015 • Baxış sayı: 350 dəfə • Şərh yoxdur

88396680e68bad6071c305bb00c37220Bu gün Bakıda “Sumqayıt hadisələri haqqında şahidin dedikləri” kitabının təqdimatı keçirilib.

APA-nın məlumatına görə, kitabın müəllifi Səadət Qədirova bildirib ki, rus dilində nəşr olunan kitab 1988-ci ilin fevral ayında baş verən Sumqayıt hadisələrinə həsr olunub və keçmiş SSRİ-nin Baş Prokuroru yanında mühüm işlər üzrə müstəntiq işləmiş Vladimir İvanoviç Kaliniçenko ilə müsahibə şəklində yazılıb.

“Kaliniçenko Sumqayıt hadisələrini şəxsən tədqiq edib və bu hadisələrin canlı şahididir. Buna görə də müsahib kitabda bu hadisələrin təşkili və necə baş verməsi haqqında oxuculara geniş məlumat verib”, – deyə o qeyd edib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın