Menu
Geri İrəli

Bakıda Sumqayıt sakininin boğazını kəsdilər

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Noyabr 2015 • Baxış sayı: 654 dəfə • Şərh yoxdur

4388adec8d8d86cc3eb79a6b90a13806Naməlum şəxs qırmızı parikli İlqar Novruzovu fahişə qadın hesab edib

Bakıda transseksuala ağır bədən xəsarətləri yetirilib. Lent.az-ın məlumatına görə, hadisə metronun “Gənclik” stansiyasının yaxınlığında baş verib. Ağır xəsarətlər alan Novruzov İlqar Əli oğlu xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, bir nəfər naməlum şəxs başına qırmızı rəngli parik qoymuş İlqar Novruzovu fahişə qadın hesab edib və onunla müştəri kimi tanış olub. Onlar “Gənclik” metrostansiyasının yaxınlığındakı mənzillərdən birinə gediblər. Ora çatdıqda müştəri qadın kimi qəbul etdiyi şəxsin əslində kişi olduğunu bilib. Bundan əsəbiləşən naməlum şəxs İlqar Novruzovun boğazına bıçaqla xəsarət yetirib və hadisə yerindən qaçıb.

1 saylı Şəhər Klinik Xəstəxanasının həkimi Bəhruz Zeynalov Lent.az-a bildirib ki, Sumqayıt sakini İlqar Novruzov xəstəxanaya boyunun sağ yarısının kəsilmiş yarası diaqnozu ilə daxil olub: “Təcili qaydada əməliyyat olunub, qanaxma dayandırılıb. Xəstənin vəziyyəti keçirdiyi əməliyyata uyğundur”.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın