Menu
Geri İrəli

Sumqayıtda yeni ünvan lövhələri quraşdırılır

Müəllif: sumqayitxeber.com • Tarix: 24 İyul 2013 • Baxış sayı: 157 dəfə • Şərh yoxdur

İndiyədək yeni qaydalara əsasən Bakı şəhəri üzrə 750 küçə və prospektə ünvan təyin edilib.

Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsində ilin birinci yarısına həsr olunmuş müşavirədə bildirilib.

Sumqayıt şəhəri üzrə isə 70 sayda nəqliyyat infrastrukturu obyektinə ünvan təyin edilib.

Gəncə şəhəri üzrə 459 küçə və prospektə ünvan təyin edilməsi üzrə hazırlıq işlərinin icrası yekunlaşdırılıb, eləcə də onların koordinatları müəyyənləşdirilib.

Bakı şəhərində mövcud olan küçə, prospektlər üzrə ünvan lövhələrinin quraşdırılması işlərinin icrasına başlanılıb, şəhərin 20 küçə və prospekti üzrə 3500 ədəd giriş nömrə nişanı və bina ünvan lövhəsi quraşdırılıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın