Menu
Geri İrəli

Bakıdakı bu qəzadan sağ çıxmaq olardımı? – FOTO

Müəllif: sumqayitxeber.com • Tarix: 8 Oktyabr 2013 • Baxış sayı: 162 dəfə • Şərh yoxdur

218865_800

 

 

 

 

 

 

 

 

 

 

 

 

Paytaxtda bu gün səhər baş verən qəzanın şahidi olanlar sürücünün sağ çıxacağını ağıllarına belə gətirmirdilər. İri dəmir parçasının maşının ön şüşəsindən salona girərək arxadan çıxması nəticəsində sürücünün sağ qalması mümkün görünmürdü. Bakı Şəhər Yol Polisi İdarəsinin Milli.Az-a açıqlaması möcüzənin real olduğunu göstərdi.

Bu gün səhər saatlarında Bakı Dairəvi Yolunda “Opel” markalı minik maşını yol kənarındakı dəmir arakəsməyə çırpılıb. Həmin dəmir isə maşının önündən girib, arxa şüşəsindən bayıra çıxıb. Qəza zamanı sürücü xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Qəza barədə məlumatı və fotoları Milli.Az-ın daimi oxucularından biri göndərib. Bu haqda əlavə məlumatları bizdən izləyin…

Anar Məmmədov
Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın