Menu
Geri İrəli

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Sumqaqayıtda əməliyyat keçirdi

Müəllif: sumqayitxeber.com • Tarix: 4 İyun 2014 • Baxış sayı: 2,057 dəfə • Şərh yoxdur

cab869597aef4ec7099a9e9255f84b74Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşları respublikada daha bir kazino qumarxana fəaliyyətinin qarşısını alıb.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, baş idarə əməkdaşlarının Sumqayıt şəhərində keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində kazino- qumarxana təşkil edən bir neçə nəfər tutularaq məsuliyyətə cəlb olunub. Xaçmaz rayonunda anadan olmuş, 31 yaşlı Teyfur Əliosmanov və Sumqayıt şəhər sakini, əvvəllər də eyni əmələ görə həbsdə olan, 24 yaşlı Cavad Ağayev digərləri ilə əlbir olaraq kafelərin birində onlayn kazino qumar oyunları təşkil ediblər. Obyekti işlədən Teyfur Əliosmanov ifadəsində bildirib ki, hələlik axtarışda olan başqa bir dostu kompüter dəstləri və kazino qumarxana təşkil etmək üçün digər avadanlıqlar alaraq ona təhvil verib.

Əməliyyat zamanı həmçinin kazino qumar oyunlarında iştirak edən bir neçə nəfər də müəyyən edilərək saxlanılıb və onların barəsində qanunla müəyyən edilmiş qaydada tədbir görülüb. Obyektə baxış zamanı 19 ədəd kompüter dəsti, server prosessor, yaddaş kartları, qumar kuponları və qumar oyunlarından əldə olunan nəğd pullar aşkarlanaraq götürülüb.

Faktla bağlı DİN BMCMİ-nin İstintaq Şöbəsində cinayət işi açılıb, istintaq aparılır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın