Menu
Geri İrəli

Baş nazir Sumqayıta niyə gəlib?

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Noyabr 2013 • Baxış sayı: 150 dəfə • Şərh yoxdur

Noyabrın 5-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə Sumqayıt Texnologiyalar Parkına gələrək, buradakı yüksək texniki və texnoloji səviyyəli istehsalatlarla tanış olub

Nazirlər Kabinetindən AzVision.az-a verilən məlumata görə, baş nazirə Sumqayıt Texnologiyalar Parkı barədə ətraflı məlumat verilib.

Bildirilib ki, bu park MDB məkanında analoqu olmayan müasir istehsalat kompleksidir. Bu möhtəşəm kompleksin işə düşməsi ilə respublikamızın ənənəvi və alternativ energetika qurğuları yerli texnoloji avadanlıq və məhsullarla təchiz olunmağa başlanıb.

Sumqayıt Texnologiyalar Parkının fəaliyyəti ilə ətraflı tanış olan Baş nazir Artur Rasizadə buraxılan məhsulun keyfiyyətinin daim yüksəldilməsi və mövcud istehsal potensialından daha səmərəli istifadə edilməsi, habelə marketinq xidmətinin gücləndirilməsi məqsədi ilə müvafiq tapşırıq və tövsiyələrini verib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın