Menu
Geri İrəli

Baş prokuror Sumqayıt şəhərində vətəndaşları qəbul edib

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Yanvar 2017 • Baxış sayı: 532 dəfə • Şərh yoxdur

14857774743535030875_1000x669Azərbaycan Prezidenti İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları prokurorluq orqanları tərəfindən daim diqqətdə saxlanılır. Vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə baxılaraq həll olunması üçün müvafiq tədbirlər görülür.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş prokuror Zakir Qaralov yanvarın 30-da Sumqayıt şəhər prokurorluğunun inzibati binasında Sumqayıt şəhərindən, Abşeron, Qubadlı, Xızı və Zəngilan rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsi ziyarət edilərək əziz xatirəsi ehtiramla yad olunub.

Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabeli prokurorların iştirakı ilə keçirilən qəbulda bölgədə yaşayan 32 vətəndaşın müraciətində qaldırılan və bilavasitə prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan məsələlərin qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verilib.

Vətəndaşların ərizə və şikayətlərində qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, eyni zamanda, prokurorluğun səlahiyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərin araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunub.

Sonra Baş prokuror tabe prokurorların iştirakı ilə müşavirə keçirərək, vətəndaş-məmur münasibətlərinin Prezident İlham Əliyevin tələblərinə uyğun olaraq sağlam zəmində qurulması, cinayətkarlığa qarşı mübarizənin səmərəliliyi və kəsərliliyinin artırılması, habelə vətəndaşların müraciətlərinə obyektiv baxılması və onların qəbulu işinin düzgün təşkili ilə bağlı tövsiyə və tapşırıqlarını verib.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın