Menu
Geri İrəli

Baş prokuror Zakir Qaralov sumqayıtlı ananın ölüm işini nəzarətə götürüb

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Noyabr 2013 • Baxış sayı: 186 dəfə • Şərh yoxdur

afet“ANS”in əməkdaşı Afət Telmanqızının qardaşının həyat yoldaşı Pərvinə Hüseynovanın ölüm işinin araşdırılması baş prokuror Zakir Qaralovun nəzarətinə götürülüb. Bu barədə Hafta.az-a A.Telmanqızı məlumat verib.
O bildirib ki, ölüm faktının araşdırılması ilə bağlı Baş Prokurorluğa ünvanladığı şikayət məktubuna rəsmi cavab gəlib:

“İşin araşdırılması Yasamal Rayon Prokurorluğuna tapşırılıb. Hazırda işi Yasamal Rayon Prokurorluğunun müstəntiqi İsmayıl Abıyev aparır”.

A.Telmaqızı əlavə edib ki, hadisə ilə bağlı özü və qardaşı Anar Cəfərov prokurorluğa dəvət olunaraq dindiriliblər: “Prokurorluqda hadisənin necə olduğu barədə izahat vermişik. Respublika Klinik Xəstəxanasından şikayətçi deyilik. Şikayətimiz Sumqayıtdakı 1 saylı doğum evindəndir. Sizin Vidadi Həsənovla etdiyiniz müsahibə bir daha təsdiq edir ki, problem Sumqayıtdakı doğum evindən başlayıb və Pərvinə ölümcül vəziyyətdə Respublika Klinik Xəstəxanasına aparılıb. Həkimlər orda əllərindən gələni ediblər. Hadisə ilə bağlı Respublika Klinik Xəstəxanasının reanimotoloqu Vidadi Həsənov dindiriləcək. Onu sadəcə reanimotoloq olaraq proseslərdə iştirak etdiyi üçün dindirəcəklər. Onunla problemimiz yoxdur. Prokurorluqda Sumqayıtdakı doğum evinin həkimlərinin adlarını və soyadlarını götürüblər. Həkimlər bu gün və ya sabah prokurorluğa dəvət olunmalıdırlar. Onu da deyim ki, Sumqayıtdakı həkimlər qaçıb gizləniblər. Qapılarını arxadan bağlayıblar. Ancaq bu yolla canlarını qurtara bilməyəcəklər. Onların qaçmaqlarını prokurorluğa da demişik. Prokurorluqda isə bizə dedilər ki, həkimləri əvvəlcə dəvət edəcəklər. Gəlməsələr polis vasitəsilə gətiriləcəklər”.

Xatırladaq ki, A.Telmanqızının qardaşının həyat yoldaşı Pərvinə Hüseynova Sumqayıtda gerçəkləşən doğuşdan bir neçə gün sonra oktyabrın 25-i M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında dünyasını dəyişib. Ailə Pərvinənin həkim səhlənkarlığı ucbatından öldüyünü iddia edir.

Atif Sarıxanlı, Hafta.az

Facebook Şərhləndirmə:

Şərhinizi yazın