Menu
Geri İrəli

Bazar günü hava necə olacaq?

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Noyabr 2013 • Baxış sayı: 190 dəfə • Şərh yoxdur
buludlu-havaBakı və Abşeron yarımadasında noyabrın 24-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, səhər və axşam bəzi yerlərdə duman olacağı gözlənilir. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 4-8, gündüz 11-15 dərəcə isti olacağı gözlənilir.

 Azərbaycanın rayonlarında noyabrın 24-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə  duman, çiskin olacağı gözlənilir. Şərq küləyi əsəcək.

 Havanın temperaturunun gecə 4-9, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın