Menu
Geri İrəli

Bəyaz Novruzova: “İttihamlar əsassızdır, şagirdin ağzını skoçla bağlayıb”

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Fevral 2016 • Baxış sayı: 1,453 dəfə • 1 şərh

1456398592_timthumbJurnalist Samir Güləliyev bütün ölkə mediasına müraciət edərək, Sumqayıt şəhərində fəaliyyət göstərən 34 saylı orta məktəblə bağlı şikayət yollayıb. Daxil olan şikayət məktubunda qeyd edilir ki, sözügedən orta məktəbin direktoru Bəyaz Novruzova qanunsuzluqla məşğul olur.

Onun sözlərinə görə, Təhsil Nazirliyinin tətbiq etdiyi qaydaların heç biri bu məktəbdə işləmir. «Təsəvvür edin ki, direktor müəllimləri məcbur edir ki, şagirdlərdən pul yığsınlar. Fond pulu, süpürgə pulu, bilet pulu, şəkil pulu, hansısa tədbirdən çəkilmir görüntülərin satılması və sairi bura aid etmək olar. Maraqlıdır, təhsil naziri Mikayıl Cabbarov qərar verib ki, orta məktəblərdə pul yığılmasının qarşısı qətiyyətlə alınmalıdır. Amma Bəyaz Novruzova deyir ki, onun yanında Mikayıl Cabbarov heç kimdir».
Jurnalist qeyd edir ki, direktor pul yığımı işlərini müavini Amaliya xanıma həvalə edib. «Tapşırıq belədir ki, pul verməyən siniflərin rəhbərlərindən həmin məbləğ yığılmalıdır. Buna etiraz edən və ya şagirdlərdən pul yığılması prosesindən boyun qaçıran müəllimlərin isə telefonları əllərindən alınır. Girov saxlanılan həmin telefonlar o zaman sahibinə qaytarılır ki, tələb olunan pullar yığılsın. Yalnız, bu halda mobil telefon sahibinə qaytarılır».
Qeyd edək ki, səslənən ittihamlara bağlı məktəbin direktoru Bəyaz Novruzova münasibət bildirib. Məktəb direktorunun Azinforum.az -a ünvanladığı məktubda bildirilir ki, onun barəsində səslənən fikirlər tam qərəzlidir və heç bir ciddi əsası yoxdur:

“Həmin şikayəti yazan jurnalistin həyat yoldaşı bizim məktəbdəki “3 D” sinfinin rəhbəridir. Məqalədə adı çəkilən Amaliya xanım bizim məktəbdə təşkilatçı müavin işləyir. Onun başlıca vəzifələrindən biri də, təşkilat saatlarının təşkilinə nəzarət etməkdir. Bu ayın 18-i Amaliya xanım təşkilat saatının necə aparılması ilə bağlı siniflərin bir çoxunda sorğu aparıb. Məlum olub ki, bu şikayəti yazan jurnalistin həyat yoldaşının rəhbərlik etdiyi sinifdə təşkilat saatının nə olduğunu belə bilmirlər. Əfsuslar olsun ki, həmin xanım sentyabrdan indiyə kimi təşkilat saatı keçməyib.

Bu səbəbdən də, mən vəzifəmdən irəli gələn səlahiyyətimə uyğun şəkildə Aygün xanımı otağıma çağırdım ki, məsələni aydınlaşdırım. Normal şəkildə danışdıq. Ona xəbərdarlıq etdim ki, təşkilat saatları gələcəkdə keçirilməsə, bu vəzifəyə görə onun əmək haqqına əlavə edilən 35 manatın verilməməsilə bağlı məsələ qaldıracam. Aygün xanım mənə söz verdi ki, bundan sonra nöqsanı aradan qaldıracaq. Mənim otağımdan çıxandan sonra, o, dəhlizdə müavinlər və psixoloq müəllimlə rastlaşıb. Onların yanında ultimativ nota verib ki, onun ayağını tapdalamaq lazım deyil, yoxsa başımıza oyun açar. Axı belə ifadə tərzi müəllimə yaraşan deyil. Mən Aygün müəlliməni yenidən dəvət etmək üçün ona zəng etdim. İki nömrəsindən heç biri cavab vermədi . Katibə gedib onu tapıb gətirdi. Mən gördüm ki, onun əlində telefon var. Xahiş etdim ki, telefonu mənə versin. Onun nömrəsindən özümə zəng etdim ki, hansı nömrəni işlətdiyini bilim. Çünki lazım olanda onu tapa bilim. Aygün müəllimə mənə dedi ki, məktəbdə onu “qaralayıblar” yalnız ondan nəsə tələb olunur. Bildirdim ki, burada 138 işçi var və biz hər bir adamdan nümunəvi iş tələb edirik. Onun diqqətinə çatdırdım ki, həftənin 6-cı günü dərsə gəlmir. Halbuki o məktəbdə olmalıdır.

Tətil dövründə ümumiyyətlə işə gəlməməyi barədə izahatı məndə var. Biz valideyn iclasını 6-cı günə təyin edirik, o, icazəsiz 5-ci günə keçirir. Həmin müəllimənin nöqsanları hətta o həddə çatıb ki, əlimdə valideynlərin onun barəsində yazdığı bir neçə şikayət ərizəsi var. Onlardan birini sizə göndərirəm. “3 D” sinifində oxuyan Murad Qasımlı adlı bir şagirdin valideyni Sevil Qasımova 30.10.2015-ci ildə mənə yazdığı şikayət ərizəsində bildirir ki, Aygün müəllimə sinifdə onun övladının ağzını skoçla bağlayıb və nəticədə uşağın halı pisləşib. Mən təəssüf edirəm ki, məktəbin daxilində olan proseslərə kimsə öz vəzifəsindən istifadə edərək müdaxilə etmək istəyir. Kiminsə həyat yoldaşı jurnalistisə, biz həmin işçinin nöqsanlarına göz yummalıyıq?”

Facebook Şərhləndirmə:

“Bəyaz Novruzova: “İttihamlar əsassızdır, şagirdin ağzını skoçla bağlayıb”” yazısına bir cavab

  1. NerminSadiqzade deyir:

    Men 34 sayli mektebde oxuyuram hecde pul yigmirlar.Meselen supurge pulu ve sair pul zad yigmirlar. Yalandan direktora wer atmayin.

Şərhinizi yazın