Menu
Geri İrəli

Beynəlxalq musiqi festivalına qatılan sumqayıtlı gəncin möhtəşəm qələbəsi

Müəllif: sumqayitxeber.com • Tarix: 2 İyul 2009 • Baxış sayı: 383 dəfə • Şərh yoxdur

Q.Qarayev adına Uşaq Musiqi məktəbinin şagirdi Gülzar Əzim qızı Fərəcova Türkiyədə keçirilən 115 ölkənin qatıldığı VII Beynəlxalq Türkü Olimpiadasının dünya finalında II yerə çıxaraq gümüş medala layiq görülüb. Sumqayıt şəhər İcra Hakimiyyətindən bu barədə məlumat verilib.

Belə ki, Sumqayıt Özəl Türk Liseyində gerçəkləşən yarışmanın I turuna “Bir gün torpaq olacağız” mahnısı ilə qatılan həmyerlimiz II tura vəsiqə qazanaraq “Yetim qız” adlı mahnısı ilə III tura keçir. Bu turdan da uğurla çıxan Gülzar Fərəcova Qafqaz Universitetində keçirilən yarışmanın IV turuna qatılır və tanınmış türk sənətçisi Ebru Gündeşin repertuarından olan “Dəmir atdım yalnızlığa ” mahnısı ilə sonuncu Azərbaycan finalına qatılmaq şansını qazanır.

Və beləliklə, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında gerçəkləşən bu yarışmadan “Dəmir atdım yalnızlığa” mahnısı ilə IV yerə çıxaraq bürünc medala layiq görülür və Türkiyədə gerçəkləşəcək final yarışmasına qatılacaq 5 uşaqdan biri olur.

Türkiyə Cümhuriyyətində yarışmanın münsiflər heyətinin qərarına əsasən Gülzar Fərəcova 5 uşaq arasından seçilərək Azərbaycanı təmsil edən yeganə şəxs olur.

01.06.2009-cu il tarixdə Türkiyə Cümhuriyyətinin paytaxtı Ankara şəhərində yerləşən Qızılcahamamda yerləşən Topqapı salonunda Qitələrarası yarışmanın I turu keçirilir və həmyerlimiz Asiya üçüncüsü olaraq qızıl medala layiq görülür.

03.06.2009-cu il tarixdə isə İstanbul şəhərində gerçəkləşən Dünya finalında “Dəmir atdım yalnızlığa” mahnısı ilə II yerə çıxaraq gümüş medala layiq görülür.

Yarışmanı uğurla başa vuran həmyerlimiz Kayseri şəhərində təşkil olunan konsert proqramına qatılaraq 2 qızıl medala (Atatürk medalı və Kılıçaslan ilk ögretim okulu medalı) layiq görülür.

Xatırladaq ki, 13 yaşlı Gülzar Fərəcova Türkiyədə olarkən Kayseri, Adana, Ceyhan şəhərlərində təşkil olunan konsert proqramlarında, eyni zamanda bir çox telekanallarda (TRT Avaz, TV NET, Mehtap TV, Samanyolu, Samanyolu Haber, Samanyolu Avropa, SHOW TV, TRT Cocuk, Kanal A, Kanal D, Kanal Akdeniz, Haber Türk, Cine 5, Rumel TV və s.) çıxış etmişdir.

Gulzar 1 Gulzar 2

Facebook Şərhləndirmə:

Şərhinizi yazın