Menu
Geri İrəli

Beynəlxalq media ekspertləri “sumqayitxeber.com”da oldular

Müəllif: sumqayitxeber.com • Tarix: 28 Yanvar 2014 • Baxış sayı: 914 dəfə • Şərh yoxdur

IMG_2295Media İnkişafı sahəsində fəaliyyət göstərən  “Sourcefabric” təşkilatının ekspertləri Sumqayıt şəhərində olublar.  “Sumqayitxeber.com”un qonağı olan beynəlxalq ekspertlər saytın fəaliyyəti, gündəlik iş rejimi və texniki göstəriciləri ilə yaxından tanış olublar.

Qarşılıqlı müzakirə şəraitində keçən görüşdə qonaqlara Sumqayıt şəhəri və eləcə də burada internet medianın vəziyyəti ilə bağlı ətraflı məlumat verilib. Görüşdə yeni media alətlərindən effektiv istifadə etməklə Sumqayıt şəhərində online medianın inkişaf etdirilməsi də geniş müzakirə olunub.

 “Sourcefabric”in təsisçisi və innovasiya üzrə direktoru Duqlas Arellanes və “sumqayitxeber.com” un təsisçisi və baş redaktoru Eyvaz Qocayev görüş zamanı gələcək əməkdaşlıq məsələləri ətrafında da fikir mübadiləsi aparıb.

Görüşdən fotoları təqdim edirik:

Facebook Şərhləndirmə:

Şərhinizi yazın