Menu
Geri İrəli

Beynəlxalq müşahidəçilər Sumqayıtda referendumu izləyir

Müəllif: sumqayitxeber.com • Tarix: 26 Sentyabr 2016 • Baxış sayı: 501 dəfə • Şərh yoxdur
Share Button

secki-sesvermeAvropa Şurası Parlament Assambleyasının müşahidə missiyası Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsvermənin (referendumun) monitorinqinə başlayıb.

AzVision.az xəbər verir ki, referendumun gedişatı ilə ilk olaraq, müşahidə missiyasının üzvlərindən olan AŞPA-nın Azərbaycan üzrə Monitorinq Komitəsinin həmməruzəçisi Ştefan Şennax maraqlanıb. O, Bakının 29 saylı Səbail seçki dairəsinin 4 saylı seçki məntəqəsində olub və səsvermənin gedişi ilə tanış olub.

Bundan başqa Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının (MDB PA) missiyası da referendumu müşahidə etməyə başlıyıb. Missiyanın rəhbəri Rusiya Federal Məclisi Federasiya Şurasının sədr müavini İlyas Umaxanov Bakının 29 saylı Səbail seçki dairəsinin 2 saylı seçki məntəqəsində olub və səsvermənin gedişi ilə tanış olub.

Eyni zamanda MDB PA-nın beynəlxalq müşahidəçiləri Bakı və Sumqayıtda, eləcə də Abşeron rayonunun yaşayış məntəqələrində seçki məntəqələrində referendumun gedişatının monitorinqini həyata keçirəcəklər.

Bundan başqa Avstraliya Parlamentinin müşahidə missiyası nümayəndələri də Azərbaycanda keçirilən referendumun müşahidəsinə qoşulublar. Onlar 8 saylı Binəqədi seçki dairəsinin 29 və 30 saylı seçki məntəqəsində olublar.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın