Menu
Geri İrəli

Binanın iki üzü…

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Sentyabr 2011 • Baxış sayı: 208 dəfə • Şərh yoxdur

 Nilufər Elçinqızının şəxsi blogundan…(olduğu kimi)

Yəqin ki, bu yazıma da “nə qədər olare bu mövzudan yazmaq”- deyə fikir bildirəcəksiz… Amma heyif insanlarımız düzəlmir…   Deməli tez -tez yolum bir binanın qarşısından, daha doğrusu, arxasından düşür. Və demək olar ki, hər dəfə başıma su, zibil tullayırlar. Lakin həmişə harasa tələsdiyim üçün  fikir verməməşdim. Yenə həminki kimi elə ordan keçirdim və yenə üstümə zibil yağışı yağdı. Başımı qaldırdım ki, səbəbkarı tapım, qarşılaşdığım mənzərə daha acınacaqlı olmaqla bərabər məni həm də çaşdırdı. Barı (meyvəsi) zibil olan “Şam ağac”ları gördüm. Mənzərə dəhşətli idi. Və eləmədim tənbəllik şəkillərin çəkdim həmdə dedim ki, gedim binanın qabağında çəkim və oralara da nəzər yetirim. Elə o tərəfə keçmişdim ki, sanki başqa diyara düşdüm. İki blokdan bir xırda uşaq əyləncə yeri, iri futbol meydanı, təzə təmirli “Xeyir-şər” evi, ən maraqlısı isə boş zibili qabıları və tər-təmiz həyət. Və bütün görüntüləri sizlər üçün çəkdim buyurub baxa bilərsiz.

Lakin suallarım cavabsız qaldı… Nə qədər düşünsəmdə cavab tapa bilmədim…  Bəlkə sizlər bilərsiz - Bu şəraiti olan insanlar niyə zibili məhz evin arxasına, özüdə eyvandan aşağı vızıldadadırlar? Niyə bu qədər mədəniyyətdənkənar davranış göstərərirlər? Nələri çatışmır?

Facebook Şərhləndirmə:

Şərhinizi yazın