Menu
Geri İrəli

Sumqayıtda bir ailə pomidor turşusundan zəhərləndi

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Fevral 2014 • Baxış sayı: 348 dəfə • Şərh yoxdur
Share Button

55981Ötən gün Sumqayıtda pomidor turşusundan bir ailə zəhərlənib. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Sumqayıt şəhərində yaşayan ailənin 5 üzvü zəhərlənib. Zəhərlənən Qabil Həmidov, arvadı Şükufə, gəlini Samirə, nəvələri Sevda və Aytac xəstəxanaya yerləşdirilib.

Araşdırmalar zamanı həmin şəxslərin pomidor turşusundan zəhərləndiyi məlum olub.

Qeyd edək ki. ötən ay Saatlı rayonunun Şirinbəy kəndində Səfərovlar ailəsinin 7 üzvü naharda xiyar turşusundan zəhərlənmişdi.

Həkimlərin xəstələrə vaxtında ilkin tibbi yardım göstərməsi ilə onların həyatın xilas etmək mükün olub. Turşudan kütləvi zəhərlənmə Saatlı rayonunun Şirinbəy kəndində ilk belə hadisə deyil. Ötən ilin dekabrında da həmin kənddə bir ailənin 6 üzvü konservləşdirilmiş pomidor turşusundan zəhərlənmişdi. Onlardan 82 yaşlı Ənvər Məmmədov, 77 yaşlı Sona Məmmədova dünyasını dəyişmişdi.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın