Menu
Geri İrəli

Bir qrup gənc mütəxəssis müsabiqə yolu ilə “Azərikimya” İstehsalat Birliyinə işə qəbul olunub

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Yanvar 2011 • Baxış sayı: 306 dəfə • Şərh yoxdur

ARDNŞ-nin “Azərikimya” İstehsalat Birliyinin müəssisələrində çalışmaq istəyən gənc mütəxəssislərin işə qəbulu ilə bağlı iki ay ərzində keçirilmiş müsabiqə sona çatmışdır. Birlik müəssisələrində daha çox ehtiyac duyulan mexanika, energetika, avtomatika və texnologiya bölmələri üzrə işləmək üçün müraciət etmiş 200-ə yaxın gənc kadrdan test müsabiqəsində daha çox bal toplayan 30 nəfəri II tura buraxılmışdır. İkinci mərhələdə “Azərikimya” İB-nin təcrübəli mütəxəssislərindən təşkil olunmuş xüsusi komissiya tərəfindən iddiaçılarla fərdi sınaq-yoxlama söhbəti aparılmışdır. Bu turdan sonra xüsusi fəallığı və biliyi ilə fərqlənən 20 nəfərə yaxın gənc kadrın işə qəbul edilməsinə müsbət yanaşılmışdır. Seçilmiş kadrlarla keçirilən görüşdə vurğulanmışdır ki, bu addım ARDNŞ rəhbərliyinin gənc mütəxəssislərə göstərdiyi diqqət və qayğının təzahürüdür. Birliyin kimya müəssisələrində işləmək arzusunda olan gənclərə 2011-ci ildə də özlərini sınamaq üçün lazımi şərait yaradılacağı qeyd olunmuşdur. Sonda gənc mütəxəssislər çıxış edərək, göstərilən etimada görə ARDNŞ rəhbərliyinə minnətdarlıqlarını bildirmiş, bu qayğının onlar üçün ən gözəl Yeni il hədiyyəsi olduğunu vurğulamışlar

Facebook Şərhləndirmə:

Şərhinizi yazın