Menu
Geri İrəli

Bir qrup sumqayıtlı jurnalist gənc yazarı ziyarət edib – VİDEO+FOTO

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Yanvar 2016 • Baxış sayı: 536 dəfə • Şərh yoxdur

1451922803_ef56ae3d-a4b4-4103-a9d6-af240ed69afd

Sumqayıtın bir qrup jurnalisti sağlamlıq imkanı məhdud olan və yaradıcılığı ilə hər kəsi heyran qoyan I qrup əlil, gənc yazar Samir İmanovu Yeni il bayramı münasibəti ilə ziyarət edib. Jurnalistlərin bu humanist, humanitar aksiyasına ”Bismak” şirkəti də qoşulub.
Samir İmanovla həmsöhbət olan jurnalistlər səbəbkara kitablar hədiyyə ediblər.
S. İmanov öz növbəsində müəllifi olduğu kitablarından jurnalist dostlarına təqdim edib. Gənc yazar bayram günlərində onu yaddan çıxarmayan hər kəsə təşəkkürünü bildirib.
Qeyd edək ki, Samir İmanov 1981-ci il avqustun 27-də Sumqayıt şəhərində anadan olub.

Anadangələ olaraq iflicin “paraplegiya” növündən əziyyət çəkir və 1-ci qrup əlildir. Təhsilini “Sumqayıt şəhər evdətəhsil məktəbi”-də alıb. Azərbaycan, rus, türk və ispan dillərini bilir. 2013-cü ildə əlil insanlardan bəhs edən “Hədəfdəki insan” adlı ilk kitabı işıq üzü görüb. Bir il sonra isə “Mənim hədəfim” kitabı çapdan çıxıb.Məqalələri Türkiyədə çap olunub.

Gənc yazar bir sıra ictimai təşkilatlarla da əməkdaşlıq edir. Hazırda “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyinin baş məsləhətçisi vəzifəsində çalışır.

Ailəlidir 1 övladı var.

1451922790_2861789f-6903-4b94-a89a-b8720601c1c9
1451922828_587b6e4e-6a33-4bad-b1fa-d3a2246ed28a

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın