Menu
Geri İrəli

Bir telefon zənginə qadın sürücünü buraxan yol polisi – VİDEO

Müəllif: sumqayitxeber.com • Tarix: 12 Avqust 2015 • Baxış sayı: 794 dəfə • Şərh yoxdur

dyp2-1iz“Biz deyə bilmərik ki, zəng vurma”.

Ümumiyyətlə, yol polisi telefon danışığına cavab verməməlidir.

Bunu Oxu.Az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Şöbə rəisi bildirib ki, o, görüntüləri görməyib, ona görə də bununla əlaqədar dəqiq bir söz deyə bilməz:

“Polis əməkdaşlarına gün ərzində bütün texniki vasitələrlə nəzarət olunur, hətta işdən kənarda belə polislərin hərəkəti izlənilir. O sizə elə gəlir ki, polis danışıb, “baş üstə” deyib və sürücünü buraxıb. Əgər hansısa sürücü telefonla kiməsə zəng vurursa, biz deyə bilmərik ki, zəng vurma. O zəng vurur, polis də öz işini görməyə davam edir. Lap tutaq ki, yol polisi ona ötürülən telefona cavab verdi və qaydanı pozan sürücünü buraxdı. Bəs, elektron protokol? Protokol elektron qaydada açılır”.

12:35

Bakıda bir telefon zənginə qadın sürücünü buraxan yol polisinin görüntüləri yayılıb.

Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, İstiqlaliyyət küçəsində qayda pozduğuna görə yol polisi tərəfindən saxlanılan xanım sürücü qanun keşikçisinin özünü qanunu pozmağa vadar edib.

Yol polisi xanım sürücünü saxlayaraq sənədlərini tələb edir, sürücü isə ona sənəd yox, mobil telefon uzadır. Yol polisi telefonu ondan götürməyərək uzaqlaşsa da, xanım maşından düşərək mobil telefonu israrla polisə verib kiminləsə danışmağa təhrik edir.

Yol polisi isə telefonu alıb xanım sürücünün zəng etdiyi şəxslə danışır və sonra telefonu ona qaytarır, heç bir sənədi yoxlamadan onu sərbəst buraxır.

Həmin mənzərəni əvvəldən-axıradək mobil telefonla çəkilib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın