Menu
Geri İrəli

“BİSMAK” Sumqayıtda keçirilən xeyriyyə aksiyasına qoşuldu

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Dekabr 2015 • Baxış sayı: 585 dəfə • Şərh yoxdur

“BİSMAK” Qida Sənaye Kompleksi də Sumqayıtda həyata keçirilən “Bayram hər evdə yaşansın” adlı xeyriyyə aksiyasına qoşulub.

bismak2Qeyd edək ki, “sumqayitxeber.com” xəbər portalı və “SOS Uşaq Kəndləri- Azərbaycan” Sumqayıt Ailələrə Dəstək Layihəsinin birgə təşəbbüsü ilə Sumqayıt şəhərində aztəminatlı ailələr üçün “Bayram hər evdə yaşansın” adlı xeyriyyə aksiyasına başlayıb.

Aksiya çərçivəsində Sumqayıt şəhərində aztəminatlı ailələrə bayram sovqatının təqdim olunması planlaşdırılır. Bayram günündə ailələri sevindirmək istəyən şəxslər və şirkətlər aksiyaya qoşula bilərlər.
Xeyriyyə aksiya dekabr ayının 27-nə kimi davam edəcək və 26-27 dekabr tarixlərində bayram sovqatı ailələrə təqdim ediləcək.
Aksiyaya qoşulmaq istəyən şəxslər aşağıdakı ünvanlara müraciət edə bilər:
Ünvan: “SOS Uşaq Kəndləri – Azərbaycan” Sumqayıt Ailələrə Dəstək Layihəsinin ofisi, Sumqayıt şəhər 4 –cü mikrorayon, 29/4, mənzil 3.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın