Menu
Geri İrəli

Biz də mükafatlandırıldıq

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Fevral 2012 • Baxış sayı: 215 dəfə • Şərh yoxdur

Əməkdaşlarımız Elnur Ağayev və Tural Məmmədov ən yaxşılardan oldu

Məlum olduğu kimi, bu həftə ölkəmizin hər yerində olduğu kimi, ölkəmizdə də 2 Fevral  – Gənclər günü qeyd edildi. Sumqayıt Şəhər Gənclər və İdman Baş Idarəsinin təşkilatçılığı ilə keçirilən bayram tədbirinə şəhər icra hakimiyyətinin nümayəndələri, şəhərin aktiv gəncləri, gənclər təşkilatlarının rəhbərləri dəvət olunmuşdu.

Müxtəlif musiqi parçaları ilə müşayiət olunan tədbirdə GİBİ şəhərin ötən il ərzində fərqlənən gənclərini müxtəlif nominasiyalar üzrə mükafatlandırdı.

Qeyd edək ki, mükafatçılar arasında “168 saat” qəzetinin və “sumqayitxeber.com” saytının əməkdaşları da var. Əməkdaşlarımız – Elnur Ağayev “İlin gənc sosioloqu”, Tural Məmmədov isə “İlin gənc idman yazarı” nominasiyasında mükafat alıblar.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın