Menu
Geri İrəli

Blacksmith İnstitutu Sumqayıtla bağlı məsələyə aydınlıq gətirdi

Müəllif: sumqayitxeber.com • Tarix: 20 Avqust 2013 • Baxış sayı: 233 dəfə • Şərh yoxdur

Son vaxtlar bəzi kütləvi informasiya vasitələri, informasiya agentlikləri və xəbər portalları heç bir əsas olmadan, real faktlara söykənmədən ABŞ-ın Blacksmith İnstitutunun 2007-ci ildəki hesabatında dərc etdirdiyi qeyri-obyektiv məlumata istinad edərək, Sumqayıtın dünyanın ən çirkli şəhərlərindən biri olması barədə dezinformasiya yaymaqda davam edirlər.

İnformasiya agentliklərinin daha çox istinad etdikləri mənbə “Çirklənmə və Sağlamlıq” Qlobal Alyansının üzvü, ölkələrində ekoloji çirklənmə problemləri, xüsusi təhlükə törədən çirklənmə mənbələrinin monitorinqinin keçirilməsi, inventarlaşdırılması və təmizlənməsi ilə məşğul olan Blacksmith İnstitutu olduğu üçün bu qurumun Bakı ofisinin nümayəndəsi Rövşən Abbasovun Sumqayıtın ekoloji vəziyyəti ilə bağlı dezinformasiyaların yayılmasına, Sumqayıt haqqında bəlkə də məqsədli şəkildə yanlış təsəvvür yaradılmasına mütəxəssis müna¬sibəti öyrənilərkən  məlum olmuşdur ki, bu İnstitutun 2007-ci ilə qədər nəşr olun¬muş hesabatlarında şablon təkrarçılığa yol verilmiş, yeni monitorinq keçirilmədən təxminən 15-20 il əvvəlki səthi araşdırmalara istinad olunmuş, bir çox yerli və beynəlxalq informasiya agentlikləri və saytlar da şəhərin ekoloji durumu ilə bağlı yanlış məlumatları yaymaqla, dünya ictimaiyyətinin təsəvvüründə Sumqayıt haqqında həqiqətləri əks etdirməyən rəy formalaşdırmışlar.

Sumqayıtın ekoloji vəziyyətinin son 10 il ərzində xeyli yaxşılaşdığını xüsusilə vurğulayan Rövşən Abbasov, sözügedən məsələ ilə bağlı bir müddət öncə Blacksmith İnstitutunun Amerikadakı Mərkəzi ofisinin rəhbərlərinə yazılı məlumat göndərildiyini bildirmiş və Nyu-York ofisindən alınmış cavabı “Azərikimya” İB-yə təqdim etmişdir.

Cavab məktubunda bildirilir ki, “Blacksmith İnstitutu Sumqayıtda olan ətraf mühit riskləri ilə bağlı hesabatını son dəfə 2007-ci ildə dərc etdirmişdir. 2007-ci ildə dərc olunan hesabat artıq köhnəlmişdir. Ona görə də Azərbaycandakı mətbu orqanların və internet saytlarının Sumqayıtın dünyanın çirkli şəhərləri sırasında öndə olması ilə bağlı yaydıqları informasiya ilə bağlı Blacksmith İnstitutu heç bir məsuliyyət daşımır. Həmin mətbu orqanlar bu materialı dərc edərkən həmin məlumatların ən azından 2007-ci ilə aid olduğunu qeyd etməli idilər.”

Rövşən Abbasov Blacksmith İnstitutu tərəfindən yaxın zamanlarda Sumqayıtda monitorinq keçiriləcəyini və növbəti hesabatlarında yalnız son monitorinqin nəticələrinə əsaslanacaqlarını bildirmişdir.

Qeyd edək ki, Blacksmith İnstitutunun da daxil olduğu “Çirklənmə və Sağlamlıq” Qlobal Alyansı (“Global Alliance on Health and Pollution”) ilə “Azərikimya” İB arasında “İnsan orqanizmi üçün potensial təsirə malik toksiki çirklənmiş ərazilərin müəyyən-ləşdirilməsi və qiymətləndirilməsi Proqramı” pilot layihəsi üzrə əməkdaşlığa başlanıl-mışdır. Layihənin predmetinə uyğun olan ərazilərin müəyyənləşdirilməsi üçün  “Azərikimya” İB-nin və Ekologiya İdarəsinin mütəxəssislərindən ibarət işçi qrup yaradılmış, Birliyin “Üzvi sintez” zavodunun suötürmə məntəqəsinin  ərazisinin təmiz-lənməsi və abadlaşdırılmasının həyata keçirilməsi qərara alınmışdır. Artıq ərazidə monitorinq işləri aparılaraq, ərazinin qiymət¬ləndirilməsi işləri həyata keçirilmişdir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın