Menu
Geri İrəli

Böyük Bakı regionun işçi qüvvəsinin 12%-i Sumqayıt şəhərinin payına düşür

Müəllif: sumqayitxeber.com • Tarix: 21 May 2014 • Baxış sayı: 464 dəfə • Şərh yoxdur

268854_8362030-cu ilədək Böyük Bakı regionunda 286 mindən çox mənzil tikiləcək. Böyük Bakı regionunda 2011-ci ildə cəmi 624,2 min mənzil (ev) mövcuddursa, 2030-ci ildə 910,5 min mənzil olması planlaşdırılır. 

Bu barədə 2030-cu ilədək dövrü əhatə edən “Böyük Bakının regional inkişaf planı” layihəsində deyilir.

2011-ci ilin hesablamalarına əsasən regionun əhalisi 2,6 milyon nəfər təşkil edir. Əhalinin artım tempini nəzərə alaraq 2030-cu ilə qədər regionun ümumi əhalisinin sayının 3,6 milyona çatacağı ehtimal olunur.

Böyük Bakı regionun (BBRİP ərazisi) ümumi sahəsi 284 562 ha olmaqla cənubda Ələt qəsəbəsindən, Sumaqayıtın şimalında,  Xızı rayonuna qədər, qərbdə isə Abşeron iqtisadi rayonunun Xəzər dənizi sahillərini əhatə edir.

Azərbaycanın sənaye müəssisələrinin əksəriyyəti Böyük Bakı regionunda cəmləşmişdir. Sənayedə çalışan əmək qüvvəsinin 94%-i Böyük Bakı regionun payına düşür. 65%-i isə peşə, texniki və elmi fəaliyyət sahələrinin payına düşür. Böyük Bakı regionun daxilində işçi qüvvəsinin 80%-i Bakı şəhərinin payına düşür. Daha sonrakı yerdə 12% təşkil etməklə Sumqayıt durur.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın