Menu
Geri İrəli

Bu balacalar Sumqayıtı viran qoyacaqlar

Müəllif: sumqayitxeber.com • Tarix: 30 İyul 2014 • Baxış sayı: 1,601 dəfə • Şərh yoxdur

sumqayit_0001“Bu şəhərdə ekoloji problemlər, görünür, heç kimi narahat etmir”
Artıq bir neçə ildir ki, Sumqayıtdakı ağaclara daraşan böcəklər şəhəri səhraya çevirir. İldən-ilə şəhərdə quruyan ağacların sayı artır. Səbəbkar isə kolorado böcəyi adlanan həşəratlardır.

Milli.Az-a məktub yazan Kamil adlı Sumqayıt sakini deyir ki, yaşadıqları həyətdə bu il artıq üçüncü ağac quruyub. Böcəklər ağacların yarpaqların yeyir. Bu səbəbdən, nə qədər sulansa da, bitkilər davam gətirə bilmir.

Sakinlər deyirlər ki, böcəklər şəhəri artıq bir neçə ildir ki, “işğal altında” saxlayırlar. Ancaq nə kommunal xidmətlər, nə də ekologiya nazirliyi bir tədbir görür.

“Bu şəhərdə ekoloji problemlər, görünür, heç kimi narahat etmir”, – sakin qeyd edib.

Oxucu məsələnin ictimailəşdirilməsini xahiş edir.

Məsələ ilə bağlı rəsmi qurumların mövqeyini öyrənmək istədik. Məlum oldu ki, qurumlar arasında ya səlahiyyətlər dəqiq bölünməyib, ya da ki, rəsmilərinin həmin səlahiyyətlərdən xəbəri yoxdur. Hər zamankı kimi “ötür-ötür” başladı. Müraciət etdiyimiz qurumlar məsuliyyəti öz üzərlərindən atmağa çalışdılar.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirdilər ki, ağacların ziyanvericilərdən qorunması, dərmanlanması Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyətlərinə daxildir.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev isə dedi ki, bu cür məsələlər Ekologiya Nazirliyinin səlahiyyətindədir.

Teymur Hacıyev
Milli.Az

Facebook Şərhləndirmə:

Şərhinizi yazın