Menu
Geri İrəli

Bu gün “Park” restoranın açılışından bir il ötür

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Dekabr 2011 • Baxış sayı: 281 dəfə • 1 şərh

Sumqayıt Şəhərinin Nəsimi adına Mədəniyyət və İstirahət Parkında yerləşən “Park” restoranının açılışından 1 il keçir. Resoranın ümumi sahəsi 500 m2 -dir. 2 mərtəbədən ibarət olan restoranın 1-ci mərtəbəsində 120 nəfərlik əsas zal, 2-ci mərtəbəsində 40 nəfərlik banket zalı, açıq eyvan, VİP otaqlar və Şərq otağı yerləşir. Müasir dizaynla inşa olunan restoran istilik və mərkəzləşmiş kondisioner sistemi ilə təmin edilib, mini ATS quraşdırılıb. Restoranımız ən müasir mətbəx avadanlığı, rahat və zövqoxşayan mebellə təchiz edilib. Buraya təşrif buyuran qonaqlar peşəkar aşpaz tərəfindən hazırlanmış milli və avropa mətbəxinin təamlarından dada biləcək, şəhərdə ən geniş çeşidli bardan istifadə etmək imkanını əldə edəcəklər.Gənclərin iştirakı ilə müxtəlif əyləncəli tədbirlərin-diskoteka, yaradıcılıq gecələri, “Mafiya” oyununun təşkil edildiyi bu məkanda WİFİ internet sistemi və karaoke var. Qonaqların rahatlığı üçün burada geniş avtomobil dayanacağı mövcuddur. “Park” restoranında xüsusi təlim keçmiş personal fəaliyyət göstərir, sifarişlər kompüter sistemi ilə idarə olunur.

Facebook Şərhləndirmə:

“Bu gün “Park” restoranın açılışından bir il ötür” yazısına bir cavab

  1. Elnur deyir:

    Restorandan başqa nə tikirik ki?

Şərhinizi yazın