Menu
Geri İrəli

Bu gün hava necə olacaq?

Müəllif: sumqayitxeber.com • Tarix: 22 Noyabr 2013 • Baxış sayı: 174 dəfə • Şərh yoxdur


Yaxın 2 gün ərzində Abşeron yarımadasında meteorolji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, paytaxt və Abşeron yarımadasında mülayim şimal küləyi əsəcək.
Havanın temperaturunun gecə 4-8, gündüz 11-13 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında noyabrın 22-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, Lənkəran-Astara zonasında isə yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 4-9, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 0-4 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.

IMG_2459

 

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın