Menu
Geri İrəli

Bu gün hava necə olacaq?

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Noyabr 2013 • Baxış sayı: 209 dəfə • Şərh yoxdur

Bu gün havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

 hava kulekliEkologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə səhər və axşam zəif duman olacaq. Cənub küləyi əsəcək.

Havanın temperaturunun gecə 4-8, gündüz 12-16 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4-9, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın