Menu
Geri İrəli

Bu gün Sumqayıtın Tarixi Muzeyində Respublika Gənc Mədəniyyət İşçiləri Koordinasiya Kreativ Qrupunun toplantısı keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Fevral 2016 • Baxış sayı: 938 dəfə • Şərh yoxdur

12714222_1565464853773328_2057405298_n

Bu gün Sumqayıtın Tarixi Muzeyində Respublika Gənc Mədəniyyət İşçiləri Koordinasiya Kreativ Qrupunun toplantısı keçirilib.

Toplantını giriş sözü ilə açan Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürov qrupun fəaliyyəti haqqında qısa məlumat verib. O bildirib ki, “gələcəyimiz gənclərin əlindədir. Biz mədəniyyət müəssisələrinin qapılarını gənclərin üzünə açmışıq və onlardan yeni ideyalar, maraqlı təkliflər gözləyirik. İstənilən uğurlu ideyanı dəstəkləməyə hazırıq”.

Tədbirdə Respublika Gənc Mədəniyyət İşçiləri Koordinasiya Kreativ Qrupunun rəhbəri, Mədəniyyətşünaslıq Üzrə Elmi-Metodiki Mərkəzin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev, mərkəzin şöbə müdiri Sənan Talıbov və digər şəxslər iştirak edib.

Sumqayıt, Şuşa, Qubadlı, Zəngilan, Xızı və Abşeron rayon nümayəndəlirinin qatıldığı tədbirdə “Kreativlik nədir”, “Gənc mədəniyyət işçiləri nə kimi keyfiyyətləri ilə seçilməlidir”, “Bizim gücümüz nədədir”, “Qrupa daxil olaraq nələr əldə edə bilirik” kimi suallar ətrafında müzakirələr aparılıb.

Tədbirdə çıxış edən Asif Usubəliyev qrupun yaranma səbəbləri, fəaliyyəti, layihələri, gənclərlə iş birliyi haqqında geniş məlumat verib. Qeyd edib ki, mədəniyyət işçilərinin uğuir qazanmasının ən vacib şərti peşələrini sevməkdir. Bu olarsa, istənilən uğur qaçılmazdır. Yetər ki, özünüzə inanın, yeniliklərə açıq olun. Çünki bizim mədəniyyət sahəsinə ilk növbədə lazım olan abu  hava yenilik, inkişaf və fərqlilikdir. Kreativ qrup gənclər üçün bir meydandır və gənclərin inkişafına xidmət edir. Bizim fəaliyyətimizlə bağlı ən yaxşı hal odur ki, cənab nazir Əbülfəs Qarayev başda olmaqla Mədəniyyət və Turzim Nazirliyinin rəhbər şəxsləri bizim ideyalarımıza dəstək verir və təşəbbüslərimiz diqqətə alınır.

Daha sonra Asif Usubəliyev gəncləri maraqlandıran suallara cavab verib, təkliflərini dinləyib.

Qeyd edək ki, qonaqlar sonda muzeydə sərgilənən “Türbət” mədəniyyət mərkəzinin əl işlərindən ibarət sərgi ilə tanış olublar.

12442856_1565465753773238_1722404484_n 12722161_1565465173773296_813056005_n 12746414_1565466073773206_318025458_n

Facebook Şərhləndirmə:

Şərhinizi yazın