Menu
Geri İrəli

Bu günün hava proqnozu

Müəllif: sumqayitxeber.com • Tarix: 2 Oktyabr 2013 • Baxış sayı: 184 dəfə • Şərh yoxdur

hava kulekli

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən, yağmursuz keçəcəyi, axşam yarımadanın bəzi yerlərində duman olacağı gözlənilir.

Temperaturun gecə 16-18°, gündüz 22-27°, Bakıda gecə 16-18°, gündüz 25-27° isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 758 millimetr civə sütunundan 753 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 75-85 faiz , gündüz 55-60 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında hava, əsasən, yağmursuz keçəcək.

Temperatur gecə 8-13°, gündüz 25-30° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
 hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq.
Temperatur gecə 6-11°, gündüz 17-22° isti olacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında 
hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacağı ehtimal olunur.
Temperatur gecə 11-16°, gündüz 24-29° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında
 havanın, əsasən, yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacağı gözlənilir.
Temperaturun gecə 9-14°, gündüz 19-24° isti olacağı ehtimalı var.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava, əsasən, yağmursuz keçəcək.

Temperaturun gecə 13-17°, gündüz 24-29° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında havanın, əsasən, yağmursuz keçəcəyi, səhər dağlarda duman olacağı gözlənilir.

Temperatur gecə 15-18°, gündüz 22-27° isti, dağlarda gecə 9-14°, gündüz 15-20° isti olacaq.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın