Menu
Geri İrəli

Bu həftə məktəblilər üçün “Son zəng”lə yadda qaldı

Müəllif: sumqayitxeber.com • Tarix: 7 İyun 2010 • Baxış sayı: 572 dəfə • 2 şərh
Share Button

Mayın 31-i Azərbaycan məktəblərində son zəng çalındı. Biz də “168 saat” qəzeti olaraq son zənglə bağlı kiçik bir reportaj hazırlamaq qərarına gəldik.

cavadSeçdiyimiz məkan Sumqayıtın ən qocaman təhsil ocaqlarından biri – 1958-ci ildən istifadəyə verilmiş 11 saylı orta məktəb idi. O məktəb ki, “ilin məktəbi” adına layiq görülüb.

Həmin gün 11 saylı orta məktəbdə möhtəşəm bir gün yaşanırdı. Üzlərdə sevinci, kədəri, nostalgiyanı sezməmək, sadəcə, mümkün deyildi… İmkan tapıb məktəb direktorunun, müəllimlərin və 11-cilərdən bir neçəsinin fikirlərini öyrəndik.

Ofeliya Babayeva (məktəbin direktoru):

- 1980-cı ildən direktoram. Bu illər ərzində 6 və 16 saylı orta məktəbdə direktor işləmişəm. 1997-ci ildən isə 11 saylı orta məktəbə direktor təyin olunmuşam. Bu məktəblə bu da daxil olmaqla 12-ci buraxılışdır ki, yola salıram. Hər bir buraxılışın öz yeri, özünəməxsusluğu var. Bu məzunları mən bir-birindən ayırmıram. Mənə elə gəlir ki, bu ilki buraxılış ən gözəl buraxılışdır. Ancaq gələn il görəcəm ki, bu buraxılış ondan da gözəldir. Təbii ki, hər il inkişaf var və inkişaf olmalıdır da. Hər il məzunlardan ayrılmaq mənə çox çətin olur, çünki bu uşaqlara öyrəşirəm. Məzunların artıq bir neçəsi ali məktəbə daxil olub: Leyla Əliyeva Moskva Dövlət Beynəlxalq Münasibətlər İnistitutuna, Təbriz Neftalıyev Yuşqarom Texniki Universitetinə, Rauf İsmayılov Orta Doğu Texniki Universitetinə daxil olub. Digər şagirdlərimiz də artıq sınaq imtahanlarında yüksək nəticələr göstəriblər. Ümid edirik ki, onlar ali məktəbə daxil olmaqla həm bizi, həm də valideynlərini sevindirəcəklər.

Bir neçə gündən sonra Rüstəm və Andrey “Feliks” mübadilə proqramıyla əlaqədar 1 illik ABŞ-a yola düşəcək. Qeyd edim ki, hər il ABŞ-da bizim şagirdlərin 2-3 nəfəri 1 illik mübadilə proqramında iştirak edirlər.

Sonda isə məzunlara tövsiyyəm və arzularım budur ki, elmi, savadı gənc yaşlarından öyrənsinlər. Cəmiyyətə gərəkli övlad olub öz bilik bacarığı ilə dövlətə xidmət etsinlər. Peyğəmbərimiz dediyi kimi: “Elmi beşikdən qəbr evinə kimi öyrənmək lazımdır”. Bir də ki, böyük Nizaminin dediyi kimi: “Qüvvət elmdədir, başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz”.

Əliyeva Sevil (sinif rəhbəri)

- Bu sinifi 5-ci sinifdən gətirdiyim üçün bunlardan ayrılmaq mənə çox çətin olacaq. Çünki ilk sinfim və sinif rəhbərliyi təcrübəmdir. Heç zaman unutmayacağım bu qaranquşları xeyir-dua ilə yola salıram. Onlara təhsil və həyat uğurları arzulayıram.

Asif Zeynalov (XI sinif şagirdi)

- Məktəbi bitirdiyim üçün çox sevinirəm. Məni bu səviyyəyə gətirdikləri üçün bütün müəllimlərimə öz təşəkkürümü bildirirəm.

Məktəblə bağlı təəssürütlarım çox olub, danışmaqla qurtarmaz.

Aliyə Əmrahova (XI sinif şagirdi)

- Sevinirik ki, orta məktəbi qurtarıb ali məktəbə daxil olacağıq, kədərlənirik ki, sinif yoldaşlarımızdan ayrılırıq.

O qədər xoş günlərimiz olub ki…

Aygün Məhərrəmova (XI sinif şagirdi)

- Düzünü desəm, elə də sevinmirəm. Məktəbdən, rəfiqələrimdən, xüsusən sevimli müəllimlərimdən ayrılmaq mənə ağır gəlir.

O qədər acılı-şirinli xatirələr yadımdadır ki, düzünü desəm, mən məktəbə çox bağlı insanam, heç bilmirəm ondan ayrı necə qala biləcəm.

Sona Əhmədova (XI sinif şagirdi)

- 5 ildir ki, mən bu sinifdə oxuyuram. Ayrılmaq mənə çox çətin gəlir.

Yaxşı yadımdadır sinif yoldaşlarımla küsürdük də, barışırdıq da. Hərdən müəllimlərimiz dərsə yaxşı hazırlaşmadığımıza görə bizi qınayırdı. Lakin sonradan anladım ki, düz edirlər.

Rauf İsmayılov (XI sinif şagirdi)

- Mən artıq Türkiyənin Orta Doğu Universitetinin tələbəsi statusunu qazanmışam. Məni artıq təbrik edə bilərsiz. Bütün dostlarıma və sinif yoldaşlarıma da bu uğuru arzulayıram. Mənimçün uşaqlardan ayrılmaq ikiqat çətindi. Çünki mən Azərbaycanda yox, Türkiyədə təhsil alacam.

Təbriz Neftalıyev (XI sinif şagirdi)

- Mən də artıq Rusiyanın nüfuzlu universitetlərindən birinə daxil olmuşam. Sevincimin həddi-hüdudu yoxdu. Lakin bu gün mən 11 il oxuduğum məktəbdən ayrılıram və buna da görə çox duyğulanıram. Bütün sinif yoldaşlarıma həyat uğurları arzulayıram.

Məktəblə bağlı o qədər şirin, maraqlı təəssürat olub ki, birini digərindən ayırmaq istəməzdim.

Facebook Şərhləndirmə:
Share Button

“Bu həftə məktəblilər üçün “Son zəng”lə yadda qaldı” yazısına 2 cavab

  1. Məlahət Abdullayeva deyir:

    SAlAM!
    Həmişə deyirəm ki, mənim ÇOX GÖZƏL MÜƏLLİMLƏRİM olub. Həmişə onlara minnətdar olmuşam. Onlaradan biri də Ofeliya müəllimə olmuşdur. Adı böyük hərflə yazılası MÜƏLLİMdir. Gözəl İNsandır. Sumqayıtdakı 13 saylı məktəbin ən sevilən, savadlı müəllimlərindən idi. Şəxsən mən həmişə onu böyük hörmətlə, xoş xatirələrlə xatırlayıram. Eyni zamanda gözəl şerlər müəllifi kimi məşhurdur.
    ALLAH ömür versin!

  2. asa deyir:

    əəəəəəəəəəəəəlllllllllllllllllllllaaaaaaaaaaaa

Şərhinizi yazın