Menu
Geri İrəli

Bu həftə yay vaxtı ləğv olunacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Oktyabr 2013 • Baxış sayı: 336 dəfə • 1 şərh
Bu həftə yay saatı ləğv ediləcək. ANS PRESS-in verdiyi məlumata görə, hər il oktyabr ayının son bazar günü əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir. Qərarın həyata keçirilməsinə nəzarəti Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir.
Nazirlər Kabinetinin müvafiq qərarına əsasən 27 oktyabr tarixində saat 5.00-da respublika ərazisində saatlar 1 saat geri çəkilməklə yay vaxtı ləğv ediləcək.
 Nazirlər Kabinetinin 17 mart 1997-ci il qərarına əsasən hər il mart ayının son bazar günü əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir.
Facebook Şərhləndirmə:

“Bu həftə yay vaxtı ləğv olunacaq” yazısına bir cavab

  1. asif deyir:

    bazar gunu hazirliqi olanlar neyneyecek

Şərhinizi yazın