Menu
Geri İrəli

Bunları edin, günə gümrah başlayın!

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Mart 2014 • Baxış sayı: 383 dəfə • Şərh yoxdur

yuxu-gumrahElmin və texnikanın inkişafı müasir dövrdə insanların tənbəlləşməsinə gətirib çıxarır. İnsanlar səhərlər çarpayıdan qalxmağa əməlli başlı əziyyət çəkir. ANS PRESS tənbəlləri üçün günə başlamağa enerji yığmının yollarını təqdim edir.

Ən başlıcası-günə düzgün başlamaqdır!
Səhər-səhər yuxudan ayrılarkən dərhal sıçrayıb yataqdan qalxmayın. Gözlərini yumaraq, asta-asta, ləzzətlə gərnəşin. Bunu istənilən vəziyyətdə böyürüüstə, arxasıüstə və ya üzüqoylu etmək olar. Bunu etmək isə qocalı-cavanlı hamıya xeyirlidir. Yuxu zamanı bədən süstləşir, gərnəşmək isə əzələləri isdərərk onları fəaliyyətə hazırlayır və eneji ilə doldurur. Əgər yaxşı təxəyyülünüz varsa, təssəvür edin ki, pişik yaxud pələngsiniz, o zaman hərəkətləriniz daha rəvan uyumlu müalicə effekti isə maksimal olacaq. Siz gərnəşməyə başlayanda orqanizmdətonusu yüksəldən və immuntiteti möhkəmlədən həzz hormonları endorfinlər əmələ gəlir.
Əgər zəiflik ötməsə, aşağıdakı 5 dəqiqəlik çalışmanı iccra edin.

1.Gözlərinizi 50-60 dəfə tez-tez qırpın
2.30-40 saniyə ərzində barmaqlarınızı burnunuzun və qaşalarınızın üst hissəsini ovuşdurun.
3.Yumruqlarınızı 10-20 dəfə açıb yumun.
4.Arxası üstə uzanaraq 5-10 dəfə dabanlarınızı döşəyə sıxın.
5.Eyni vəziyyətdə qalmaqla növbə ilə 3 dəfə ayaq pəncəsi baldır, bud, qarın, kürək, döş, çiyin, boyun və sifətin əzələlərini sərbəstləşdirin.
6.Yenə həmin vəziyyətdə dizlərinizi qarnınıza doğru çəkin və onları əllərinizlə bərk-bərk qucaqlayın, sonra isə ayaqlarınızı yerə dirəyərək çarpazlanmış qollarınızı aralamağa çalışın. Bundan sonra burunla dərin nəfəs alın, sonra ağızla nəfəsi sürəkli halda buraxıb tənəffüsü bərpa edin. Çalışmanı 2-3 saniyəlik fasilə 3 dəfə təkrar edin.
7.Stula əyləşərək ayaqlarınızı döşəməyə qoyun, belinizi düz saxlayaraq, qulaqlarınızı lazımi qaydada ovuşdurun.
Gimmnastikadan sonra bir stəkan portağal şirəsi və ya limonlu bal şərbəti içmək məsləhətdir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın