Menu
Geri İrəli

Cəmil Həsənlidən seçkilərin nəticələri ilə bağlı – Açıqlama

Müəllif: sumqayitxeber.com • Tarix: 10 Oktyabr 2013 • Baxış sayı: 159 dəfə • Şərh yoxdur

“Dünən Azərbaycan xalqı konstitusiyanın birinci maddəsində göstərilən hakimiyyəti formalaşdırmaq hüququndan məhrum edildi”. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Milli Şuranın vahid namizədi Cəmil Həsənli bu gün keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Azərbaycan xalqının bu haqqı bir qrup, bir partiya, bir şəxs tərəfindən əlindən alındı:

“Hakimiyyətin ayrı-ayrı qruplar tərəfindən qəsb edilməsi ən böyük cinayətdir. İlham Əliyev Azərbaycan xalqının iradəsi ilə hakimiyyətə gəlməyib, onu mənimsəyib.  Nəticələr heç bir halda Azərbaycan xalqı adından beynəlxalq aləmə elan edilə bilməz”.

***

Cəmil Həsənli bildirib ki, oktyabrın 12-də mitinq keçirmək üçün müraciət ediblər:

“Əgər müsbət cavab verilməsə, belə biz bütün hallarda seçkinin nəticələrinin tanınmaması üçün mümkün olan və mümkün olmayan vasitələrdən istifadə edəcəyik. Mənim həyatım həbsdə olan heç bir NİDA-çının həyatından üstün deyil.  Mənə qarşı istənilən ittiham, hədələrə də hazıram. Tale mənə 21 gün xalqıma xidmət etmək xoşbəxtliyi nəsib etdi və mən də bundan yararlanacam”.

Səidə

Facebook Şərhləndirmə:

Şərhinizi yazın