Menu
Geri İrəli

Cavid Qurbanov və Eldar Əzizov Bakı-Sumqayıt dəmir yolunda aparılan işlərlə tanış olublar

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Aprel 2015 • Baxış sayı: 707 dəfə • Şərh yoxdur

d2c7fe3568c6“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində olub, əsaslı təmir işlərinin gedişi ilə tanış olub.

QSC-dən ANS PRESS-ə verilən məlumata görə, sədr Sumqayıt sərnişin stansiyasının yenidənqurulması üçün təqdim olunan layihələrə Sumqayıt Şəhər İcra hakimiyyətinin başçısı Eldar Əzizovla birgə baxıb.

Qeyd edək ki, Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 63 km uzunluğunda dəmir yolunun əsaslı təmir işlərinə 3 mart 2015-ci ildə start verilib və bu günə kimi 24 km yol əsaslı təmir olunub. Hazırda Keşlə-Biləcəri mənzilində əsaslı təmir işləri davam edir.

Əsaslı təmir işlərini İnfrastruktur Departamentinin iştirakı ilə “Dəmiryolservis” MMC-nin müəssisələri həyata keçirir.

Sumqayıt baş stansiyasına daxil olmadan Sumqayıt sərnişin stansiyasına hərəkət etmək üçün 1,65 km uzunluğunda yeni birləşdirici yolun tikintisi də nəzərdə tutulur.

Əsaslı təmir işləri başa çatdıqdan sonradan elektrik qatarlarının Bakı sərnişin stansiyasından Sumqayıt sərnişin stansiyasına qədər getməsinə 40 dəqiqə vaxt sərf olunacaq.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın