Menu
Geri İrəli

Cavid Qurbanov: “Bakı-Sumqayıt dəmir yolunda xeyli sayda qanunsuz tikili var, onları təmizləmək lazımdır”

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Avqust 2015 • Baxış sayı: 823 dəfə • 2 şərh
Share Button

Cavid qurbanovSentyabrın 15-nə kimi Bakı-Sumqayıt qatarı istifadəyə verilməlidir. Hələ ki, bu istiqamətdə işlər davam etdirilir.

“APA-Economics” xəbər verir ki, bunu Beynəlxalq Nəqliyyat Marşrutu üzrə Bakı Beynəlxalq Dəniz Ticarət Limanına çatdırılacaq ilk konteyner qatarının qarşılanma mərasimi zamanı “Azərbaycan Dəmir Yolları” QSC-nin rəisi Cavid Qurbanov jurnalistlərə açıqlaması zamanı bildirib.

“Bakı-Sumqayıt dəmir yolunda xeyli sayda qanunsuz tikililər var, onları təmizləmək lazımdır. Həmin evlərin ilk öncə qeydiyyatı aparılır, daha sonra onlar kadastr xidmətinə, Maliyyə Nazirliyinə təqdim olunur. Ondan sonra hökumət kompensasiya ayırırsa, bu tikililərə görə pullar verilir və qanunsuz tikililər sökülür. Sürətin yüksək olmasına mane olacaq bəzi yerlərdə əyriliklər var, biz bunları da düzəldirik. Orta sürət 80-100 olmalıdır ki, sərnişin 40 dəqiqə ərzindən Sumqayıtdan Bakının mərkəzində ola bilsinlər. “Stadler”dən aldığımız 5 qatardan başqa, Riqadan 5 dənə də əlavə təmir olunmuş qatarlar almışıq”- deyə C.Qurbanov bildirib.

Facebook Şərhləndirmə:
Share Button

“Cavid Qurbanov: “Bakı-Sumqayıt dəmir yolunda xeyli sayda qanunsuz tikili var, onları təmizləmək lazımdır”” yazısına 2 cavab

  1. 1 ci məhəllə deyir:

    Salam bəzi sakinlər üçün avtovağzaldan getmək asan olacaq

  2. 1 ci məhəllə deyir:

    Dəmiryol vağzalından uzaqda yaşayanlar üçün uğurlu deyil

Şərhinizi yazın