Menu
Geri İrəli

Cəbhədə baş verən hadislələrlə bağlı Sumqayıt şəhər ictimaiyyəti bir araya gəldi

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Aprel 2016 • Baxış sayı: 242 dəfə • Şərh yoxdur

Son günlər cəbhədə baş verən hadislələrlə bağlı aprelin 5-də Sumqayıt şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sumqayıt Dövlət Universitetində şəhər ictimaiyyətinin yığncağı keçirilib.

Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimai birliklərin və siyasi partiyaların şəhər şöbələrinin nümayəndələri, tələbələr, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir torpaqlarımız uğrunda həlak olmuş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov son günlər cəbhə xəttində baş verənlər barədə danışaraq qeyd edib ki, erməni silahlı birləşmələrinin dinc sakinləri atəşə tutması və təxribat əməllərinə Azərbaycan Ordusunun əks həmlələrlə layiqincə cavab verməsi, düşmənin döyüş texnikasını, canlı qüvvəsini məhv etməsi, ölkəmizin hər yerində olduğu kimi, Sumqayıtda da böyük sevinclə qarşılanıb. Həmişə olduğu kimi bu gün də sumqayıtlılar Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək silaha sarılmaq üçün onun əmrini gözləyir.

Şəhər ziyalıları, gənclər, müharibə veteranları, şəhid anaları çıxış edərək hər zaman olduğu kimi, yenə də ordumuzun, Azərbaycan dövlətinin yanında olduqlarını, torpaqlarımızın azad olunması üçün Ali Baş Komandanın hər bir əmrinə hazır olduqlarını, Azərbaycan bayrağının tezliklə Şuşada, Xankəndidə dalğalanacağına əmin olduqlarını bildiriblər.

Tədbirin sonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət ünvanlanıb.

DSC_0131 DSC_0003 DSC_0006 DSC_0009 DSC_0010 DSC_0016 DSC_0020 DSC_0023 DSC_0041 DSC_0048 DSC_0060 DSC_0072 DSC_0077 DSC_0099 DSC_0101

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın