Menu
Geri İrəli

Ceyn Oustinin ev muzeyində “Azərbaycan guşəsi” açılıb

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Mart 2013 • Baxış sayı: 164 dəfə • Şərh yoxdur

İngiltərənin Hempşir qraflığında yerləşən Ceyn Oustinin ev muzeyinə yazıçının Azərbaycan dilində nəşr edilən kitabları təqdim edilib və orada “Azərbaycan guşəsi” açılıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Dünya Azərbaycanlı Gənclər Birliyindən bildirilib.

Qeyd edək ki, “Azərbaycan guşəsi” layihəsi çərçivəsində dünya şöhrətli yazıçı və şairlərin ev muzeylərində, fondlarında Azərbaycan dilində nəşr olunmuş əsərlərdən ibarət guşə yaradılır.

Sözügedən layihə davamlı və genişmiqyaslı xarakter daşıyır. Yaxın zamanlarda digər yazıçı və şairlərin ev muzeylərinə Azərbaycan dilində əsərlərin göndərilməsi və həmin muzeylərdə Azərbaycan guşələrinin açılması nəzərdə tutulur. Bu siyahıya Ernest Heminquey, Mark Tven, Conatan Svift, Teodor Drayzer, M. Şoloxov, Viktor Hüqo, Migel de Servantes, Cek London, Aleksandr Düma, Gi de Mopassan, İohann Höte, Fyodr Dostoyevski, Lev Nikolayeviç Tolstoy və s. yazıçılar, şairlər daxildir.

Layihənin məqsədi ev muzeylərində Azərbaycan guşəsi yaratmaqla Azərbaycan oxucusunun dünya ədəbiyyatına marağını, verdiyi əhəmiyyəti göstərməkdir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın