Menu
Geri İrəli

Çingiz Abdullayev: “Mən axirət dünyasına inanmıram”

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Sentyabr 2013 • Baxış sayı: 167 dəfə • Şərh yoxdur

Xalq Yazıçısı Çingiz Abdullayev “Kaspi” qəzetinə verdiyi müsahibədə ölüm, axirət dünyası kimi metafizik mövzulara fərqli münasibətini ortaya qoyub. İslam dininin kanonlarının əksinə fikirlər söyləyən yazıçı axirətə inanmadığını da bildirib: “Mən axirət dünyasına inanmıram. İnanmıram ki, o dünyada bizi ağ paltarlı qoca qarşılayacaq, pərilər oynayacaq və sairə. Həmişə deyirəm ki, seçim olsa cəhənnəm daha yaxşıdır, çünki ordakı insan qrupu daha maraqlı olacaq. Cənnət əgər olsa çox maraqsız olacaq. Ancaq Allaha inanıram, Allaha inanmayanda o hər gün öz varlığını insana sübut edir. İnanmıram ki, ölüb gedəndən sonra kimisə görəcəyəm, ünsiyyətdə olacağam və s.

 Çingiz Abdullayev axirətə inanan bir şəxs kimi AYB sədri Anarın adını çəkib: “Ancaq Anar müəllim inanır ki, o axirət dünyasında atası ilə görüşəcək. Bu mənada ona paxıllığım tutur ki, o buna inana bilir, yəni onun belə təmiz qəlbi var. Mən də inanmaq istəyərdim ki, o biri dünyada atamı görəcəyəm. Ancaq başa düşürəm ki, bu ola bilməz, olmayacaq da. Biz ölüm haqqında heç nə bilmirik, o biri dünyada nələr olacağını heç kim bilmir. Bu mənada ölüm mənim üçün metafizikdir”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın