Menu
Geri İrəli

Çingiz Abdullayevin Sumqayıtlı gənclərlə görüşü keçiriləcək

Müəllif: sumqayitxeber.com • Tarix: 24 Yanvar 2012 • Baxış sayı: 200 dəfə • Şərh yoxdur

Yubileylə əlaqədar yanvarın 27- Sumqayıt şəhər Yusif Məmmədəliyev adına 31 saylı orta məktəbin akt zalında şöhrət ordenli detektiv yazar Çingiz Abdullayevin Sumqayıt gəncləri ilə görüşü keçiriləcək.

Görüşü “Sağlam Düşüncə” Gənclər Təşkilatının təşəbbüsü ilə yaradılmış Sumqayıt Ədəbiyyat Klubunun təşkil edir. Artıq 1 ildir ki fəaliyyət göstərən Sumqayıt Ədəbiyyat Klubu qısa müddət ərzində yazıçı Varis Yolçuyev, Elxan Elatlı, Aydın Xan Əbilov ilə Sumqayıt gənclərinin görüşünü təşkil edib. Bundan əlavə klub mütəmadi olaraq müxtəlif əsərlərin müzakirəsini təşkil edir, yeni nəşr olunmuş kitabların təqdimatını keçirir.

Sumqayıt Ədəbiyyat Klubunun rəhbəri Nilufər Elçinqızı : “1 ildir ki fəaliyyət göstərən Ədəbiyyat Klubumuz Sumqayıt ədəbiyyatsevərləri tərəfindən çox böyük maraqla qarşılanır. Artıq klubumuzun daimi üzvləri, könüllüləri var. Onlar klubun həftəlik görüşlərini təşkil edir, aylıq tədbirləri planlaşdırırlar. 1 illik yubileyimizdə qərara aldıq ki yolunu uzun müddətdir səbirsizliklə gözlədiyimiz dramaturq, 140 povest və romanın müəllifi, 4 Universitetin fəxri doktoru, hüquq elmləri professor, şöhrət ordenli xalq yazıçısı Çingiz Abdullayevlə Sumqayıt oxucularının görüşünü təşkil edək. Çingiz Abdullayev Azərbaycanı öz yaradıcılığı ilə dünya səviyyəsində təmsil və təbliğ edən insanlardan biridir. “Sağlam Düşüncə” Gənclər Təşkilatı olaraq istəyirik ki Sumqayıt gəncləri belə gözəl insanlarla yaxından tanış olmaq şansı qazansınlar. Bütün ədəbiyyat sevərləri görüşə dəvət edirik.”

Yazıçı ilə görüş yanvarın 27-də saat 14.00-da Sumqayıt şəhər Yusif Məmmədəliyev adına 31 saylı orta məktəbin akt zalında təşkil olunacaq. Giriş sərbəstdir və hər bir kəs dəvətlidir.

Tədbirə Sumqayıt Şəhər İcra Hakimiyyəti, Sumqayıt Şəhər Bələdiyyəsi, Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsi, Sumqayıt Şəhər Təhsil İdarəsi və digər rəsmi qrumlardan da qonaqlar dəvət olunacaq.   Sumqayitxeber.com

Facebook Şərhləndirmə:

Şərhinizi yazın