Menu
Geri İrəli

Çinli qizlar şəhərimizdən niyə deportasiya olundu?

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Yanvar 2011 • Baxış sayı: 1,030 dəfə • 2 şərh

Son zamanlar Bakıda, eləcə də Sumqayıtda, Çin masajı salonları sürətlə artmağa başlayıb. Bu obyektlərin gigiyenik vəziyyəti və digər şəraiti mətbuatda dəfələrlə tənqid edilsə də, bir nəticəsi olmayıb. Şəhərimizdən fərqli olaraq, paytaxt Bakıda sözügüdən salonlardakı vəziyyət daha acınacaqlıdır. Çin mallarının bazarlardakı qiymətlərinin digər mallarla müqayisədə olduqca aşağı olduğunu yəqin ki, hamı bilir. Bu ucuzluq salonlara sirayət etməyib. Qiymətlərin olduqca yuxarı olması, salonlara axını heç də azaltmır, əksinə sürətləndirir. İlk olaraq “Qara Qarayev” metrosu yaxınlığında üzərində “Çin masaj salonu” bildirişi asılmış böyük lövhə vurulan obyektdən danışaq.

Salonun adı “Xao Yuo”dur. İşıqlı otaqda hər cür şərait yaradılıb. Dəhlizdə dayanan çinli qızlar daim yarıçılpaq vəziyyətdə olurlar. Onlardan biri – Xuli adlı xanım inzibatçıdır. “Çin gözəlləri”nin sözlərinə görə, onların xidmətindən həm qadınlar, həm də kişilər yararlana bilər. Qiymətlərə gəlincə isə, ümumi masajın 90 dəqiqəsi – 30 manat, 1 saatı – 20 manat, 40 dəqiqəsi – 15 manatdır. Yağlı masajın 1 saatı – 30 manat, 40 dəqiqəsi – 20 manat, 30 dəqiqəsi – 15 manat, kürəyə banka salmaq isə 10 manatdır.

Çinli masajçı xanımlar Azərbaycan dilində çətinliklə danışsalar da, müştəriləri əl-qol hərəkətləri ilə başa salmağa çalışırlar ki, salon gün ərzində 8 saat xidmət göstərir. Onların sözlərinə görə, azərbaycanlı oğlanlar çin masajını çox bəyənirlər.

Burada çalışan masajçı xanımların əksəriyyəti 20-25 yaş arası gənc qızlardır. Ən təəccüblüsü odur ki, bu salonlarda çinli qızlar aşkar formada masajla yanaşı, müştərilərlə cinsi əlaqə xidmətini də təklif edirlər.

Salonda az müddət oturmaq kifayət edir ki, ora çoxsaylı müştərilərin gəldiyinin şahidi olasınız. Əsasən gənc oğlanların müraciət etdiyi salonda seçim müştərilərin ixtiyarına verilir. Ancaq bu, məcburi deyil, müştərinin istəyindən asılıdır.

Maraqlıdır ki, çinlilər icazəsiz fəaliyyət göstərdiklərini bilirlər.

Digər belə obyekt metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığında fəaliyyət göstərən “Fu-Yu” salonudur. Eyni mənzərəni bu salonda da görmək mümkündür. Burada da qızlar yarıçılpaq vəziyyətdə oturub müştəri gözləyirdilər. Burada da qiymətlər demək olar ki, eynidir. Vaxtdan asılı olaraq qiymətlər dəyişir. Aldığımız məlumata görə, salon əsasən axşam saat 5-dən sonra fəaliyyətə başlayır. Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova rəhbərlik etdiyi quruma Çin masaj salonlarında çinli qızların fahişəlik xidməti göstərməsi ilə bağlı çoxlu məlumatlar daxil olduğunu dedi: “Əvvəllər Azərbaycanda xırda ticarətlə məşğul olan çinlilər sonradan Çin təbabəti adı altında masaj salonları açmağa başladılar. İndi də həmin salonlarda intim xidmət təklif edirlər. Çinli qızların əksəriyyəti masaj salonlarında fahişəliklə məşğul olur. Onlar müştəriləri cəlb etmək üçün qısa paltarlar geyinir, vulqar kosmetika çəkirlər. Avropada gördüyümüz səhnəni indi Bakıda açıq-aşkar müşahidə edirik. Bu gün Çində çoxlu QİÇS xəstələri var. Ölkəyə gələn miqrantların arasında belələri də ola bilər. Ona görə də onların yanına gedən müştərilər ehtiyatlı olmalıdır. Yaxşı olar ki, həmin insanlar xüsusi masaj klublarına müraciət etsinlər”.

Tibb elmləri doktoru, professor Adil Qeybulla deyir ki, istənilən əcnəbinin işlətdiyi hər hansı obyekt müvafiq qurumların ciddi nəzarətində olmalıdır: “Bu masaj salonlarının nə dərəcədə gigiyenik olması, masaj kabinetlərində çalışanların peşəkarlığı, sanitar-gigiyenik normalara riayət edib-etməməsi yoxlanmalıdır. Onlara ciddi nəzarət edilməlidir, əks təqdirdə yoluxucu xəstəliklər yayıla bilər. Çin masajı Azərbaycan üçün ənənəvi deyil. Ümumiyyətlə, bütün müalicə vasitələrinə nəzarət olunmalıdır. Masajın bir çox növləri var. Ancaq bu salonlarda hər şey masaj adı altında ümumiləşdirilir. Burada masajla yanaşı, fizioloji proseslər də həyata keçirilir. Əgər bu salonlar masaj adı altında fəaliyyət göstərirsə, müvafiq orqanlar onlara icazə verməlidir”.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzi də eyni mövqedədir. Qurumdan bildirdilər ki, bu məsələyə ayrı-ayrı rayonların gigiyena və epidemiologiya mərkəzləri nəzarət edir. Mərkəzdən onu da əlavə etdilər ki, Çin masaj salonlarında mütəmadi olaraq araşdırmalar aparılır.

Səhiyyə Nazirliyi mətbuat xidmətinin əməkdaşı Səfayə Məmmədova bildirdi ki, bu məsələnin nazirliyə heç bir aidiyyəti yoxdur: “Biz Çin masaj salonlarına nəzarət etmirik. Onlara lisenziya, yaxud da hansısa formada icazəni də biz vermirik. Buna yəqin ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi nəzarət edir”.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən isə bildirildi ki, Çin masaj salonlarına onlar nəzarət etmir.

Məlumunuz olsun ki, Sumqayıtda da bu kimi salonlar fəaliyyət göstərir. Çalışdıq ki, həmin salonlarda hansı formada xidmətlər göstərildiyini araşdıraq. 30-cu məhəllədə fəaliyyət göstərən “Çin masajı” salonuda bir müddət öncə çinli qızlar fəaliyyət göstərirdi. Etibarlı mənbədən aldığımız məlumata görə, onlar masajla yanaşı, müştərilərə həm də cinsi əlaqə xidməti göstərirdilər.

Həmin ərazinin sahə müvəkkili, polis mayoru Novruz Novruzovla əlaqə saxladıq. O bizə bildirdi ki, sözügedən obyektdə hal-hazırda çinli qızlar çalışmır: “Əvvəllər bu obyektdə çinli qızlar fəaliyyət göstərirdilər. Lakin onların qeydiyyat müddəti bitdiyi üçün, biz onları şəhərimizdən deportasiya etmişik. Hal-hazırda həmin obyektdə ancaq azərbaycanlı qızlar çalışır. Onların müştərilərə cinsi əlaqə təklifindən isə belə söhbət gedə bilməz”.

Sumqayıt şəhər Polis İdarəsinin rəis müavini polis polkovniki-leytenant Azər Cahangirovun sözlərinə görə isə, Sumqayıtda fəaliyyət göstərən çin masaj salonlarından onların idarəsinə hələ ki heç bir şikayət daxil olmayıb: “Çin salonlarının qanuni formada fəaliyyət göstərib-göstərmədiklərini araşdırmaq məsuliyyəti bizim idarənin üzərinə düşmür. Onlar vergilərini ödəyib, fəaliyyət göstərirlər. O ki qaldı, Sumqayıtdakı çin salonlarındakı çinli qızlara, biz onların qeydiyyat müddəti bitdikdə, onları deportasiya edirik. Və bu işə mütəmadi nəzarət var. Hələ ki, idarəmizə çin salonlarında əxlaqsızlıq yuvasının olması ilə bağlı şikayət daxil olmayıb. Belə bir hal olsa, biz işə müdaxilə edəcəyik”.

Maraqlıdır ki, şəhərimizdə fəaliyyət göstərən qadın məsləhətxanalarına belə, əcnəbi vətəndaşlar hər hansısa xəstəliklə bağlı müraciət etməyiblər.

1 saylı Sumqayıt Şəhər Qadın Məsləhətxanasının qəbul şöbəsində fəaliyyət göstərən Fatimə Allahverdiyevanın verdiyi məlumata görə, onun fəaliyyəti müddətində hələ ki, əcnəbi vətəndaşların müraciətinə rast gəlinməyib: “Mən qəbul şöbəsində işləyirəm. Bura gələn xəstələr ilk növbədə bizdə qeydiyyatdan keçir. Belə bir hal olsaydı, ən əvvəl biz bilərdik”.

Sumqayıt şəhər 2 saylı Qadın Məsləhətxanasının baş həkimi Lətifə İbrahimova da əcnəbi xəstələrinin olmadığını bildirdi: “Bizim məsləhətxanaya nəinki çinli, ümumiyyətcə, əcnəbi vətəndaşlar müraciət etməyiblər. Düzdür, arada onlar burada görünür. Ancaq məqsəd xəstəliklərini müayinə etdirmək yox, yalnız xırda alverdir”.

Sumqayıt şəhər 3 saylı Qadın Məsləhətxanasının baş həkimi Leyla Qafarova da əcnəbi vətəndaşların müraciətinə rast gəlməyib. O da xəstəxanalarına gələn əcnəbi qadınlarının məqsədinin yalnız alver olduğunu bildirdi.

Xəstəxanalara əcənəbi vətəndaşların müraciət etməməsi, onlarla cinsi münasibətin təhlükəli olmasına dəlalət edən faktdır. Gənclərin çoxu bu faktı çox zaman ciddiyə almır. Və nəticədə ciddi problemlər yaranır. Ancaq sevindirici haldır ki, hələ ki, Sumqayıtda bu istiqamətdə vəziyyət paytaxtdakı qədər acınacaqlı deyil.

Elşən, Günay “168saat”

Facebook Şərhləndirmə:

“Çinli qizlar şəhərimizdən niyə deportasiya olundu?” yazısına 2 cavab

  1. Aygun deyir:

    Bunlari neinki sheherimizden umumiyetle respublikamizdan redd elemek lazimdir..

  2. mehemmed deyir:

    melumatlandirdiginiz,təbligat epardiginiz ucun sizə urəkdən minnətdarligimi bildirirəm

Şərhinizi yazın