Menu
Geri İrəli

Corat məktəbində müəllimlər üçün gender əsaslı zorakılıqla bağlı təlim keçirildi

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Noyabr 2009 • Baxış sayı: 404 dəfə • 1 şərh

Potensial Sumqayıt Mütəxəssislər Birliyi BMT Əhali Fondunun “Gender Əsaslı Zorakılıqla Mübarizə” Layihəsinin dəstəyi ilə “Sumqayıt şəhərində müəllimlər üçün GƏZM təlimlərinin təşkili” lаyihəsi çərçivəsində Sumqayıt müəllimləri üçün təlimləri davam etdirir. Bu barədə www.sumqayitxeber.com saytına layihənin kordinatoru Feyruz Şivəxanov məlumat verib.
Qeyd edək ki, həyata keçirilən layihədə əsas diqqət orta məktəb müəllimlərinə ümumi gender məsələləri, gender həssaslığı, gender əsaslı ayrı-seçkilik və gender əsaslı zorakılıq mövzularında təlimlər kеçməklə təlim iştirakşılarının bu barədə bilgilərini artırmaq, bu bilgilərin cəmiyyətdə geniş yayılmasına çalışmaq, beləliklə də, Azərbaycanda qadın hüquqlarına hörmətin təmin edilməsi və bütövlükdə qadınlara qarşı zоrakılıq və ayrı-sеçkilik hallarının aradan qaldırılması, gender bərabərliyi, qadınların dövlət idarəçiliyində, ölkənin ictimai-siyasi həyatında fəal iştirakını dəstəkləməklə cəmiyyətdə gender əsaslı zorakılığın aradan qaldırılmasına nail оlmağa yönəldilmişdir.
Layihə çərçivəsində növbəti iki günlük təlim noyabrın 21-də Sumqayıt şəhərinin Corat qəsəbəsindəki 7 saylı orta məktəbində təşkil olundu. Təlimdə məktəbin 20 müəllimi iştirak edirdi. Bunlardan 19 nəfər qadın, 1 nəfər kişi müəllim idi. Təlimi Ruslan Vəliyev və Gülsel Səfərov aparırdı. Təlim 22 noyabrda başa çatdı.
Təlimçilər təlimin məqsədi barədə qısa məlumat verdikdən sonra aşagıdakı mövzularda müzakirələr aparıldı:
Cins nədir və onları nə ilə fərqləndirmək olar?
Cins termininə dair şərh
Gender termininə dair şərh
Cəmiyyətdə kişini və qadını xarakterizə edən əlamətlər
Gender Əsaslı Zorakılıq
Gender Əsaslı Zorakılığın səbəbləri
Gender stereotip və ehtimallarının öyrənilməsi
Zorakılığın formaları haqqında ümumi məlumat
Gündəlik həyatımızda zorakılıq və onun formaları
Qadın və qərarların qəbul edilməsi
Gender əsaslı zorakılıq milli və beynəlxalq qanunvericilikdə.
İnteraktiv metodla keçirilən təlimdə bütün iştirakçılar müzakirələrdə fəal iştirak edərək təlim mövzusu ilə bağlı yeni bilgilər əldə etdilər. İştirakçılar mövzunun aktuallığını və bu istiqamətdə tədbirlərin davamlı olması vacibliyini xüsusi qeyd etdilər.
Sonda sorğu anketi vasitəsi ilə təlimin işi qiymətləndirildi.
Təlim iştirakçılarına mövzu ilə bağlı sənədlər toplusu paylandı.

Facebook Şərhləndirmə:

“Corat məktəbində müəllimlər üçün gender əsaslı zorakılıqla bağlı təlim keçirildi” yazısına bir cavab

  1. Nahile deyir:

    Maraqlidir.Arzu ederdim bele telimler daha cox kecilsin.Insanlari melumatlandirmaq cox vacibdir.

Şərhinizi yazın