Menu
Geri İrəli

Corat qəsəbəsində ev yanaraq külə döndü

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Noyabr 2010 • Baxış sayı: 175 dəfə • Şərh yoxdur

Sumqayitxeber.com saytı Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir ki, Sumqayıt şəhəri, Corat qəsəbəsində ümumi sahəsi 120kv.m olan birmərtəbəli 4 otaqlı fərdi evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə 90kv.m sahədə yanmışdır. Yanğın saat 19:47-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisə yerində olmuş əməkdaşımızın aldığı məlumata görə evdə heç kim olmayıb və bu səbəbdən də xəsarət alan olmayıb. Hadisənin baş verməsinə səbəb isə elektrik naqillərində baş vermiş qısaqapanma olub.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın