Menu
Geri İrəli

Corat qəsəbəsinin ağsaqqalları bu yaşayış məntəqəsinin tarixi adının bərpa edilməsi haqqında məsələ qaldırmışlar

Müəllif: sumqayitxeber.com • Tarix: 12 Mart 2012 • Baxış sayı: 297 dəfə • 1 şərh

Corat qəsəbəsinin sakinləri bu yaşayış məntəqəsinin tarixi adının bərpa olunması barədə yerli ağsaqqalların təşəbbüsünü dəstəkləmişlər. Bu məsələ Milli Məclisin deputatı Hacı Salayevlə onun seçicilərinin növbəti görüşündə qaldırılmışdır.
Sumqayıtın yaxınlığında, Xəzərin sahilində yerləşən kiçik Corat qəsəbəsinin tarixi çox qədimdir. Bunu X əsrə aid qəbirüstü abidələr də təsdiq edir. Vaxtilə Coratın yaxınlığından karvan yolu keçirmiş. Yaşlı sakinlərin dediyinə görə, bu qəsəbənin adı mərdlik, dözümlülük mənası verən “cürət” sözündən yaranmışdır. Deputatla görüşdə çıxış edən yerli sakinlər demişlər ki, əvvəllər bu diyarda “Cürət” qalası olmuşdur. Yerli əhali öz torpaqlarını yadelli işğalçılardan qəhrəmanlıqla qorumuşdur. Qəsəbənin adı da bu sözdən yaranmışdır. Bunu tarixi mənbələr də təsdiq edir.
Özü əslən coratlı olan deputat öz seçicilərinin tapşırığını müzakirə olunmaq üçün müvafiq dövlət qurumlarına çatdıracağını vəd etmişdir.
Respublika iqtisadiyyatının dinamik inkişafı, dövlətimizin başçısının uğurla həyata keçirdiyi regional siyasət barədə söhbət açan Hacı Salayev cəmiyyətin həyatının bütün sahələrində nəzərəçarpan müsbət dəyişikliklər üzərində dayanmışdır.
Vətəndaşların toplantısı işgüzar şəraitdə keçmişdir. Deputat seçicilərin həm yazılı, həm də şifahi müraciətlərinin hər birinə ətraflı cavab vermişdir. Bir sözlə, etimada əsaslanan səmimi dialoq baş tutmuşdur.
H.Salayev toplantıda qaldırılan çoxsaylı şəxsi və ictimai problemləri də diqqətsiz qoymamışdır. Çıxış edənlər – şəhid anası, məktəb direktoru, tələbələr, fəhlələr, habelə işə düzəlməkdə deputatın köməyinə ümid edən adi qəsəbə sakinləri qeyd etmişlər ki, təşəbbüskar, məsuliyyətli, vətəndaşların problemlərinə münasibətdə həssas deputatlar onların problemlərinin həllinə fəal kömək edirlər.
Sumqayıtın və Abşeron rayonunun bütün seçki dairələrində hesabat xarakterli deputat görüşləri davam edir. Ətrabə Rzayeva, AzərTac

Facebook Şərhləndirmə:

“Corat qəsəbəsinin ağsaqqalları bu yaşayış məntəqəsinin tarixi adının bərpa edilməsi haqqında məsələ qaldırmışlar” yazısına bir cavab

  1. shamama deyir:

    Bu hörmətli deputata keçən il biz Corat qəsəbəsi 2-ci məhəllənin sakinləri adından küçəmizdən keçən üfunətli çirkab suları haqqında, yağışda qarda küçənin ətraf mühitlə əlaqəsinin kəçilməsi haqqında dəfələrlə etdiyimiz müraçiətlər cavabsız qalıb. Əgər bizim uşaqlarımızın sağlamlığı və bizim adi vətəndaş hüquqlarımızün tapdanması bu şəxsi narahat etmirsə, onda bizdən səs gözləməsin!!!

Şərhinizi yazın