Menu
Geri İrəli

Coratda Novruz bayramı qeyd olunub – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Mart 2016 • Baxış sayı: 155 dəfə • Şərh yoxdur

Bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan Novruz doğma Azərbaycanımızın hər yerində olduğu kimi, Sumqayıtda da böyük təntənə ilə qeyd edilir.
Belə ki, bu gün Sumqayıt şəhərinin Corat qəsəbəsində milli mənəvi dəyərləri və adət-ənənələrimizi özündə əks etdirən bayram tədbiri keçirilib. Şəhər rəhbərliyi tədbirin keçirildiyi ərazidə sakinlərlə görüşüb, onlara bayram təbriklərini çatdırıblar.
Bayram tədbirində qədim el adət-ənənələrimiz və Novruz rəmzləri olan səməni, müxtəlif şirniyyat nümunələri ilə bəzədilmiş bayram xonçaları və milli mətbəximizin ləziz təamları göz oxşayıb.
İncəsənət ustalarının baharı, ölkəmizi tərənnüm edən mahnıları ətrafa yayılaraq bayram şənliyinin iştirakçılarında xoş ovqat yaradıb. Novruzun gəlişi münasibətilə qəsəbənin bayramın əsas atributları olan Bahar qızı, Dədə Qorqud, Keçəl, Kosa və milli geyimdə olan qız və oğlanlar meydana daxil olub və meyxanaçıların novruz ovqatlı çıxışları təqdim olunub.
Öz hünərlərini göstərməyə çalışan gənc idmançılar tədbir iştirakçılarına xoş təəssurat bəxş ediblər. Bayram əhval ruhiyyəli çıxışlarda Novruz baharın ilk günü, təbiətin canlanması, torpağın oyanış bayramı kimi vurğulanıb.
Qəsəbə meydanında təşkil olunan tədbirdə atlı dəstələrin və dəvələrin yürüşü iştirakçılar tərəfindən maraqla qarşılanıb, yumurta döyüşü, xoruz döyüşü də tədbirə xoş ovqat qatıb.
Daha sonra alovlandırılan möhtəşəm Novruz tonqalının hərarəti möhtəşəm anlar yaşadıb.
Məlumat üçün bildirək ki, Sumqayıt şəhərində ümumşəhər tədbiri martın 18-də saat 11:00-da Nəsimi adına Mədəniyyət və İstirahət Parkında keçiriləcək. Xeberle.com

Fotolar : Xəqani Əzizov

DSC_0000

DSC_0293

 

36

1458208170_dsc_0086 (1) DSC_0330 DSC_0316
DSC_0272 DSC_0215 DSC_0228 DSC_0244 DSC_0260 DSC_0263 DSC_0202 DSC_0150 DSC_0087 DSC_0057 DSC_0049 DSC_0002 DSC_0003 DSC_0004 DSC_0005 DSC_0007

1458208239_dsc_0168 1458208230_dsc_0013 1458208229_dsc_0198 1458208226_dsc_0177 1458208221_dsc_0033 1458208196_dsc_0120

 

 

 

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın