Menu
Geri İrəli

Daha bir əsgərimiz dünyasını dəyişdi

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Sentyabr 2013 • Baxış sayı: 160 dəfə • Şərh yoxdur

Azərbaycan əsgəri dünyasını dəyişib. APA-nın məlumatına görə, hadisə Naxçıvan Muxtar Respublikasında qeydə alınıb.

Dövlət Sərhəd Xidmətinin Naxçıvanda yerləşən “N” saylı hərbi hissəsinin əsgəri, 25 yaşlı Savəddinov İmran Şöhrət oğlunun meyiti yük maşınında tapılıb. Ölümün səbəbləri hələlik məlum deyil.

Qeyd edək ki, İ. Savəddinov Ağdaş rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

DSX-nin mətbuat mərkəzindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın