Menu
Geri İrəli

Daxili işlər naziri Sumqayıtda vətəndaşları qəbul edəcək

Müəllif: sumqayitxeber.com • Tarix: 12 Mart 2012 • Baxış sayı: 183 dəfə • Şərh yoxdur

Daxili işlər naziri Ramil Usubov Sumqayıtda vətəndaşları qəbul edəcək.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, daxili işlər naziri general-polkovnik Ramil Usubov tərəfindən martın 17-də Sumqayıt şəhərində vətəndaşların qəbulu keçiriləcək.
Qəbula Sumqayıt, Abşeron və Qubadlı şəhər və rayonlarının sakinləri yazıla bilər.

Qəbul Sumqayıt Şəhər Polis İdarəsinin inzibati binasında aparılacaq.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın