Menu
Geri İrəli

Daxili işlər naziri Sumqayıtda olub

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Oktyabr 2015 • Baxış sayı: 1,330 dəfə • Şərh yoxdur
Daxili işlər naziri Sumqayıtda zabit və gizirlər üçün yeni tikilmiş xidməti yaşayış kompleksinin açılışında da iştirak edib

 Oktyabrın 14-də Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Sumqayıt şəhərində yerləşən “N” saylı hərbi hissəsinin ərazisində zabit və gizirlər üçün yeni tikilmiş xidməti yaşayış kompleksinin açılış mərasimi keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə daxili işlər naziri, general-polkovnik Ramil Usubov iştirak edib. Nazir yeni binada hərbi qulluqçular üçün yaradılmış şəraitlə tanış olub. Məlumat verilib ki, inşasına 2014-cü ilin aprel ayında başlanmış beşmərtəbəli bina hər cür zəruri avadanlıqlarla təchiz edilib. Ümumi yaşayış sahəsi 4800 kvadratmetr olan kompleks 60 mənzildən ibarətdir. Ərazidə hərbi qulluqçuların uşaqları üçün oyun meydançası da yaradılıb, abadlıq və yaşıllaşdırma işləri aparılıb.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin şəxsi heyətin fəaliyyətini hər zaman yüksək qiymətləndirdiyini nəzərə çatdıran nazir buna görə dərin minnətdarlığını bildirib və onu əmin edib ki, Daxili Qoşunların hərbi qulluqçuları qarşıya qoyulan bütün vəzifələri bundan sonra da layiqincə yerinə yetirəcək, göstərilən böyük etimadı xalqına, Vətəninə, dövlətinə və Prezidentinə sədaqətli xidməti ilə doğruldacaq.

Daha sonra R. Usubov Sumqayıt Şəhər Polis İdarəsinə gələrək yeni təyin olunmuş rəis Əkbər İsmayılovu şəxsi heyətə təqdim edib. Şəxsi heyətlə görüşən nazir son illər Şəhər Polis İdarəsinin cinayətkarlıqla mübarizədə və ictimai təhlükəsizliyin təmin olunmasında müsbət nəticələr qazandığını vurğulayaraq uğurların davamlı olmasının, hər bir əməkdaşın öz məsuliyyətini dərk edərək qarşıya qoyulan bütün tapşırıqların öhdəsindən layiqincə gəlmələrinin vacibliyini qeyd edib.

Daxili işlər naziri əmin olduğunu bildirib ki, İdarənin şəxsi heyəti respublikanın bu mühüm sənaye mərkəzində asayişin, əmin-amanlığın nümunəvi qorunması və cinayətkarlıqla qətiyyətli mübarizə işinə öz əhəmiyyətli töhfəsini verəcək, insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması, vətəndaşların müraciətlərinə operativ reaksiya verilməsi və vaxtında baxılması sahəsində üzərinə düşən vəzifələri yüksək səviyyədə yerinə yetirəcək.

Hər iki mərasimdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov iştirak edib.

cda7fa5cb2943fdb486edbd705c66f84 d30ada862743ae9c73fb524ab9703291 e68a712c1353e35ab9879ee29bdcb771

Facebook Şərhləndirmə:

Şərhinizi yazın