Menu
Geri İrəli

Dələduz tərəfindən aldadılan gənc – İntihar edəcəyəm – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 9 Dekabr 2014 • Baxış sayı: 672 dəfə • Şərh yoxdur
 img1697758 “Adam dələduzdur, çox asan yolla insanları aldadır, onların pullarını mənimsəyir” – bu sözləri musavat.com-a müsahibəsində şikayətçi Elnur Ağayev deyir. Bəhs etdiyi şəxs isə Masallı rayon sakini, 1976-cı il təvəllüdlü Məmmədov Zaur Qalabəy oğludur.
Elnur Ağayev deyir ki, Zaur Məmmədov tərəfindən aldadılıb. Belə ki, E.Ağayev 2009-cu ildə Nəsimi rayonu ərazisində yerləşən «Moskva» univermağında qızıl satıcısı kimi çalışıb.
Həmin zamanlarda Masallı rayonundan tanıdığı Zaur adlı şəxslə tanış olub. Müəyyən müddət onunla qızıl alış-verişi ediblər. Həmin şəxs bu yolla onun inamını qazanıb. Beləcə, Elnurdan qızılları borc olaraq alıb. Bu borcların ümumi məbləği isə 7000-8000 manat arasında olub: «Rayonumuzdan tanıdığım üçün güvənməyə başladım. O da bundan istifadə etdi. Mənə deyirdi ki, qızılları ailəsi, anası, bacısı üçün alır. Və ən qısa zamanda pulumu qaytaracaq. Amma elə olmadı. Zaur məndən 7000-8000 manatlıq qızıl aldı. Pulunu isə sonra verəcəyini dedi. Bir müddət sonra güclə və xırda-xırda pulun 5 min manatını qaytardı. Geridə qalan 3 min manatı isə hələ də qaytarmayıb. Aramızdakı alış-veriş 2009-cu ilin yay aylarında olub. Üzərindən 5 il keçib. Amma hələ də 3 min manat pulu ala bilməmişəm».
E.Ağayev deyir ki, müxtəlif dövlət orqanlarına şikayət edib, amma heç bir faydası olmayıb: «Aramızdakı alış-verişin şahidləri də var. Özü də borcunu inkar etmir. Deyir ki, pulu verəcək. Amma hər dəfə müxtəlif bəhanələr uydurur, vaxt istəyir. Müxtəlif dövlət orqanlarına bununla bağlı şikayət etmişəm. DİN-nə, Bakı şəhər Baş Polis İdarəsinə, Nəsimi rayon 19-cu polis bölməsinə və Masallı rayon məhkəməsinə bu fırıldaqçı ilə bağlı şikayət etmişəm. Amma heç bir nəticəsi yoxdur».
E.Ağayevin sözlərinə görə, Zauru məhkəməyə versə də, məhkəmə işə biganə yanaşıb: «Zaur məhkəmənin hazırlıq iclasına gəlmədi. Ondan sonra da proses davam etmədi. Əslində isə əgər Zaur öz xoşu ilə gəlmirsə, onu zorla gətirməli idilər. Amma bütün bunlara əməl edilmədi. Polis bölməsində isə, işə ancaq məhkəmənin baxa biləcəyini deyirlər».
«Mənim adamlarım var. Arxam güclüdür. Get kimə deyirsən, de»
E.Ağayev bildirdi ki, Zaurun başqalarına da minlərlə manat borcu var: «Zaur Məmmədovla bağlı bir balaca araşdırma aparmışam. Məlum oldu ki, mən onun nə ilk, nə də son «qurbanı» deyilmişəm. Məndən başqa neçə-neçə adamlara da pul «atıb». Əsasən də hər kəsdən qızıl alıb. Onlara da minlərlə manat borcu var. Bütün bunlar bu şəxsin peşəkar fırıldaqçı olduğunu göstərir.
Telefonuna zəng edirəm. Məni təhqir edir, hədə-qorxu gəlməyə başlayır. Deyir ki, «Mənim adamlarım var. Arxam güclüdür. Get kimə deyirsən, de». Mənim 22 yaşım var. Arxam, dayağım, güvənəcəyim kimsə yoxdur. Ümidim qanunlardır, o da işləmir».
 
«Gedib, çıxacağam «Koroğlu» körpüsünə»
E.Ağayev intihar həddinə çatdığını deyir: «Bunlar ailəlikcə fırıldaqçıdırlar. Bakıda hansısa ünvanda kirayə qalırlar. Zaurun anasına zəng vurmuşam. Deyirəm ki, «Oğlunuzu məhkəməyə vermişəm. Mənim pulumu qaytarmır». Cavabı isə belə oldu: «Mənim oğluma nəsə olsa, səndən əl çəkən deyiləm. Bunu bil…». Qardaşı guya ondan imtina edib. Amma ona hər cür köməklik göstərir.
Mənim üçün 3 min manat böyük puldur. Üstəlik, indi işsizəm. Atam xəstədir. Anam da ikinci qrup əlildir. Artıq bezmişəm. Gedib, çıxacağam «Koroğlu» körpüsünə. Bəlkə onda səsimi kimsə eşidər. Eşitməsələr, intihar edəcəyəm».
 
Məhəmməd Türkmən
Fotolar müəllifindir
Musavat.com


Facebook Şərhləndirmə:

Şərhinizi yazın