Menu
Geri İrəli

Dəhşətli avtobus qəzasında yaralananların şəxsiyyəti məlum oldu – SİYAHI

Müəllif: sumqayitxeber.com • Tarix: 9 Aprel 2014 • Baxış sayı: 1,542 dəfə • Şərh yoxdur
312897Dünən Sumqayıt şəhərində baş verən ağır yol qəzasında xəsarət alanların adları məlum olub.

Sumqayıt Şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, Bakı-Quba yolunun 34-cü kilometrliyində sərnişin avtobusunun yük maşını ilə toqquşması nəticəsində 1964-cü il təvəllüdlü Akif Əlisəfa oğlu Səmədov, 1986-cı il təvəllüdlü Aygün Faiq qızı Əmiraslanova, 1986-cı il təvəllüdlü Tamella Məlikməhəmməd qızı Nurməmmədova, 1956-cı il təvəllüdlü Nübar Fəttah qızı Məmmədova, 1963-cü il təvəllüdlü Mənsurə Xandadaş qızı Məmmədova, 1970-ci il təvəllüdlü Hidayət İsgəndər oğlu Məmmədov, 1973-cü il təvəllüdlü Samir Ağamməd oğlu Məmmədov, 1987-ci il təvəllüdlü Tahir Məhəmməd oğlu Cabbarov, onun anası 1964-cü il təvəllüdlü Bəsti Ramazan qızı Cabbarova və  oğlu 2013-cü il təvəllüdlü Cabbarov Tunar Tahir oğlu, 2001-ci il təvəllüdlü Oruc Anar oğlu Abdullayev, 1964-cü il təvəllüdlü Qızqayıt İsgəndər qızı Qasımova, 1954-cü il təvəllüdlü Akif Müzəffər oğlu Cəfərov, 1950-ci il təvəllüdlü Rəna Abuzər qızı Vəliyeva, 1961-ci il təvəllüdlü Xumara Baba qızı Qaflanova, 1963-cü il təvəllüdlü Seyran Vaqif qızı Quliyeva, 1986-cı il təvəllüdlü Elşad adil oğlu Əhmədov Sumqayıt şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, hadisə ötən gün Sumqayıt Texnologiya parkının yaxınlığında qeydə alınıb. Magistral yolla hərəkət edən “50 AE 109″ dövlət nömrə nişanlı “İsuzu” markalı sərnişin avtobusu ilə “90 JH 537″ nömrəli “MAZ” markalı yük maşını toqquşub. Nəticədə avtobusun sürücüsü Ramiz Qurban oğlu Muradov hadisə yerində ölüb, avtobusda olan 25 nəfər sərnişin isə xəsarət alıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın